Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümmü-Fərvə olmuşdur.
İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir.
İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında İmam Həsən Müctəba,İmam Zeynulabidin və İmam Mühəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.
Qeyd edək ki,Bəqi qəristanlığında yerləşən dörd İmamın məzarı üzərində ucaldılan məqbərə keçən əsrin əvvəllərində(təxmini-1925 ci il)vəhhabi şeyxlərinin göstərişləri ilə dağıdılmışdır və bu günədək mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.
Səsləndirdi: Bayram Məmmədov
#imamcefer #imamsadiq #cefersadiq #shehadet
Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.
http://emireleyhissalam.net
http://fb.com/emireleyhissalam
http://instagram.com/emireleyhissalam
http://twitter.com/alieleyhissalam
http://telegram.me/emireleyhissalam
http://pinterest.com/emireleyhissalam