Bu gün, hicri qəməri təqvimi ilə Rəcəb ayının 1-i,müsəlmanların 5-ci imamı Məhəmməd Baqirin(ə)ın mövlud günüdür.
İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd,künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində xəlifə Hişam Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Mədinədə məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.
Səsləndirdi : Hacı Bayram Məmmədov
#imambaqir #imam #hacibayram