İmam Rza(ə) buyurmuşdur: "Hər kim bacım Fatiməni Qumda ziyarət edərsə, sanki məni ziyarət etmişdir".
Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s.ə) hicri 173-cü il(miladi 795), Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açıb.
Atası yeddinci İmamımız İmam Museyi Kazim(ə)-dır. Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız İmam Rzadır (ə).Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür .
Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi Əhli-beyt" kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib.
Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. ("Ənvarul-muşəşəəyn", cild 1, sə. 211)