İmam Təqi (ə.s.) hicrətin 195-ci ilində İmam Rza (ə) ilə Səbikə xanımın ailəsində dünyaya göz açıb. İmamın anası xanım Səbikə Peyğəmbərin
xanımı Mariyya Qibtiyyə ilə bir nəsildən olub və böyük mənəviyyat sahibi idi.
İmam Rzanın (ə) uzun illər övladı olmaması onun tərəfdarlarını imamət barədə tərəddüdə salmışdı. İmamın 40-dan artıq yaşı olanda onun yeganə oğlu Məhəmməd anadan oldu. İmam Rza (ə) xəlifə Məmun tərəfindən zəhərləndiriləndə İmam Məhəmməd Cavadın (ə) 8 yaşı var idi. Həzrət Cavadın (ə) bu yaşda imam olması imamət tərəfdarlarını yenidən çaşqınlığa düçar etdi. Yalnız səhih rəvayətlər və İmam Cavadın (ə) sonsuz elm və hikməti bu şübhələri də aradan qaldırdı. İmam Cavad (ə) təqribən 25 yaşında ikən xəlifə tərəfindən məcburən Mədinədən Bağdada köçürülmüş və Mötəsimin göstərişi ilə zəhərləndirilmişdir. Şəhid edilmiş İmam Muhəmməd Təqi (ə) babası İmam Museyi-Kazimin yanında Kazimeyndə (Bağdad yaxınlığı) dəfn edilib.
Səsləndirdi : Hacı Bayram Məmmədov
#imamcavad #imamtaqi #movlud