Bu gün hicri-qəməri tarixi ilə şəvval ayının 8-dir. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tatixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.
Təqribən 100 il əvvəl belə bir gündə Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə-yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər. Radikal sələfilər bu qəbirləri şirkə və küfrə səbəb olduqlarına görə dağıtdıqlarını bildiriblər.
#beqi #radikalizm #salafizm