Devalvasiyadan sonra əksər sahələrdə olduğu kimi mənzil bazarında da durğunluq müşahidə olunur. Müştərilər gözləmə mövqeyi tutaraq mənzil almaqdan daha çox satmağa üstünlük verirlər. Ümumilikdə, hazırda mənzillərin alqı-satqısı ilə bağlı vəziyyət heçdə ürək açan deyil.
Lənkəranda onsuz da alıcı qıtlığı yaşanan mənzil bazarında manatın ucuzlaşmasından sonra vəziyyət daha da ağırlaşıb. Ev-alqı satqısı ilə məşğul olanlar deyir ki, əvvəllər evlərini manatla satışa qoyan vətəndaşlar indi isə əməliyyatları dollarla edəcəklərini bildirir. Buna görə də süni şəkildə qiymət artımı baş verir.