Azərbaycandakı məktəblərdən birində “Son Zəng” tədbiri zamanı maraqlı bir olay başlanıb. Belə ki, məktəbin məzunu olan şagird “Son Zəng” günü ilə bağlıə təşkil edilən tədbirdə danışmaq üçün söz alıb. Mikrofonu əlin ə alan şagird, ona söz verənlərə təşəkkürünü bildirdikdən sonra, müəllimlərlə bağlı sürpriz şer səsləndirib. Səsləndirilən şerdə müəllimlərin sosial problemlərinin ağır səviyyədə olması, banklara kreditlərinin çoxluğu və.s kimi problemlər öz əksini tapıb. İnterAz lentə alınan sözügedən video görüntünü sizlərə təqdim edir.