Zaqatala rayonu Əliabad kənd 1 saylı tam orta məktəbinin yetirməsi olan Mahmudova Asya İdris qızı 4-ci ixtisas qrupu üzrə qəbul imtahanlarında ən yüksək nəticəni göstərib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya “Changan Benni” markalı avtomobil hədiyyə edib.