Zaur Dərviş - Kaşki
#zaurdərviş #zaurdeevish #kaşki #azərbaycanroku #azerbaijanirock #азербайджанскийрок
Kaşki...
Kaşki, qarlı qış olaydım,
Töküləydim mən başına,
Kaşki dönüb yaş olaydım,
Çevriləydim göz yaşına.
Kaşki qarlı qış olaydım...
Kaşki qarlı qış olaydım...
Kaşki yanında olaydım,
Hər gecə,hər gündüz, hər an,
Çeşmə tək coşub dolaydım,
Sənsiz yaşamam heç zaman.
Kaşki yanında olaydım...
Kaşki yanında olaydım...
Küskün dodağında mən bir təbəssüm,
Bir cüt gözlərinin nuru olaydım,
O nurani üzün hər zaman gülsün,
Mən sənsiz heç zaman yaşamayaydım
Kaşki qarlı qış olaydım...
Kaşki yanında olaydım...
Müəllif:.
Zaur Dərviş