Gör darıxmaq necədir
Söz: Saqif Qaratorpaq
Səs: Elman Hüseynov
Bilirsən səndən ötrü
Nələr çəkir bu ürək...
A zalım, bircə dəfə
Çəkdiyimi sən də çək,
Gör darıxmaq necədi...
Baxıb mən gələn yola.
Köksünü ötür,ağla...
Qucaqla dizlərini,
Bir azca otur, ağla...
Gör darıxmaq necədi...
Yarpaq kimi titrə,ǝs,
Hər qapı döyüləndə.
Ürəyini tutub qaç
Hər adım deyiləndə,
Gör darıxmaq necədi...
Diksin, atıl yerindən
Hər telefon zənginə,
Gör nələr çəkdirmisən
Bu günəcən sən mənə...
Gör darıxmaq necədi...
Dur, boylan pəncərədən,
Tez-tez bax da saata.
Hərdən ümidini üz,
Nifrət elə həyata,
Gör darıxmaq necədi...
Unut getdiyin yeri,
Hərdən unut adini.
Ancaq unutma heç vaxt
Darıxmağın dadını...
Gör darıxmaq necədi!
#şeir #ədəbiyyat #poeziya #şeirler
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
-------
~ Youtube:
https://www.youtube.com/c/QNProduction