Erməni aparıcı Roman Babayan diaspor nümayəndəmizə:
-"Siz Qarabağ uğrunda savaşmaq istəyirsiniz? Bəs kompromisə getmək istəməzdiniz?"
-“Bizim artıq sülh təklifimizdə kompromis var. Siz onu niyə görmürsünüz? Beynəlxalq hüquq normaları Azərbaycana haqq verir ki, ərazi bütövlüyünü bərpa etsin. Sizdən, hər birinizdən xahiş edirəm ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə tanış olsun! O qətnamələrin hər biri erməni silahlı qüvvələrindən Qarabağı tərk etməyi tələb edir. Bütün dünya erməni ordusunu təcavüzkar kimi tanıyır".