Artıq bir həftədir ki, İmişli Olimpiya Kompleksində 28 May Respublika Gününə həsr olunan futzal üzrə rayon birinciliyi keçirilir. "Birlik kuboku" adı altında oynanılan yarışda rayonun seçmə 14 komandası iştirak edir. Turnirin final oyunu Respublika Günündə-28 mayda keçiriləcək. Həmin gün qaliblərə kubok və hədiyyələr veriləcək.
"Turniri keçirməkdə məqsədimiz rayonumuzda gənclər arasında birliyin təşkilidir. Ən əsası gənclərimizin həm də 28 May Respublika Günü haqqında geniş məlumata malik olmalarına nail olmaqdır."
Bu sözləri turnirin təşkilatçısının köməkçisi Sadiq İbrahimli dedi.
Hər gün bu kompleksdə rayonun futbol ictimaiyyəti axşam saatlarında bir-birindən maraqlı görüşləri izləyir. Qollu keçən qarşılaşmalar tamaşaçılara əlavə zövq verir. Turnirin təşkilatçıları belə yarışların davamlı olacağını da dedilər.