"Fağır bir prezident tapmışdınız, fağır bir aparat tapmışdınız, sağdan da döşüyürdüz, soldan da döşüyürdüz, keyf eliyirdiz eee". O da bütün bunlara baxıb istehza ilə gülümsünürdü və həm də sevinirdi ki, demokratik bir cəmiyyət yaranırdı. 1993-cü ildən qovduğumuz "fağır" prezidentin gətirdiyi dünya sivilizasiyasında nağıl kimi görünən amma Azərbaycanda artıq 92-93-cü illərdə mövcud olmuş həqiqi demokratiyanın axtarışındayıq.