Məcburi köçkünlər pansionatdan çıxarılır
Fevralın 4-də metronun "Ulduz" stansiyası yaxınlığında yerləşən Keşlə Maşınqayırma Zavoduna məxsus pansionatın həyətində söküntü işləri başlanıb. Hələlik obyektlər və qarajlar sökülür.
Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ərazidə yol çəkdiyini bəyan edib. Bu məqsədlə sanatoriyada yaşayan köçkünlər məcburi şəkildə binadan çıxarılır.
1992-ci ildən pansionatda məskunlaşan köçkünlər isə binanı boşaltmaq istəmir və təklif olunan kompensasiya ilə razılaşmırlar.
"30 min manata ev almaq olar? Bu qışın günü hara gedək?" - deyən sakinlər bildirirlər ki, onları mənzildən çıxararkən zor tətbiq edilib, hətta qadınlara əl qaldırıblar.
Ətraflı OXU:
Kanala abunə ol -
https://goo.gl/TcM9Fm
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646