"Şərikli çörək" (1969) bədii filmindən sound track.
İfaçı: Oqtay Ağayev (1934-2006)
Bəstəkar: Vasif Adıgözəlov (1935-2006)
Musiqi mətni:
Nəğmə susdu dodaqlarda,
Dilə gəldi tüfənglər.
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər!
Anamızın laylaları,
Nənnilərdə pozuldu.
Arzuladıq ilk baharı,
İstəyimiz yaz oldu.
Sən, ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Görmədik biz gül dəstəsi,
Görmədik biz oyuncaq.
Ata səsi, ana səsi
Eşitmədik doyunca.
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri.
Yarı böldük tikəmizi,
Gözlədik al səhəri.
Sən, ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq.
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?