Azərbaycan Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat
13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus "Mi-24" tipli helikopteri döyüş kursuna enərək, mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb".
Music /
Movzu \ Ermeni Helikopderinin Vurulma Ani
Janr / Video / Efekktiv
Wep \\\
http://kanalclassica.blogspot.com
Facebook \\\
https://www.facebook.com/pages/World-...
Google \\\
https://plus.google.com/u/0/+KanalClassica/posts
Diqqet!!! Xeberdarliq!!!
Bu Kanal Tam Sertifkatli Bir kanaldir! Bu Kanaldan Hansisa Videolarin Kocurdub Yutubdaki Hansisa Kanallarda yayinlansa Hemin Videoya sikayet edilib kanal Bagladilacaq!!!!!!