02.11.2012 (2)
İqbal Ağazadə:"Mən, təbii ki, son dövrlərdə nəqliyyat vasitələri ilə törədilən cinayətlərin mətbuatda səslənən miqyasından narahat oluram. Amma cərimələrin miqdarını hansı meyarlarla müəyyən ediblər, bu, yoxdur. Bütün ölkələrdə cərimələri minimum əmək haqqına və yaxud da əhalinin gəlirinə uyğun müəyyənləşdirirlər. Mən hesab edirəm, burada bu, nəzərə alınmayıb.
Konkret maddələrə keçirəm. Məsələn, “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsində yazılır ki, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə. Mən 3 nəfərlə maşında gedirəm, polis məni saxlayıb deyir ki, içəridə söhbət edirdiniz. Polis mənim üzümə duracaq ki, sən içəridə söhbət edirdin. Halbuki mən heç söhbət də eləmirdim. Nə ilə müəyyən edir ki, içəridə məhz diqqəti yayındıra biləcək söhbət edirdim. Bu, absurd bir şeydir, bura yazılıb. Bir dəqiqə, sakit durun.
Sonra, yazılıb ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə. Mən yol gedirəm, bilmirəm, qabaqda böyük bir dəlik, su var, ya yoxdur. Yoldur, gəldim çatdım ora, imkan tapmadım. Sürücü əyləci möhkəm bassa, arxadakı ilə qəza vəziyyəti yaradır. Girdi o suyun içinə, qıraqda duranın birinin üstünə sıçradı. Buna görə adamı cərimə edərlər? Absurd-absurd şeyləri yazıb polis üçün rüşvət yeri açmağa ehtiyac yoxdur.
Yaxud yazılıb ki, küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına görə. “Kor piyadanın işarəsi” nə olan şeydir? Kor piyadanın işarəsi haradan olur, necə qoyulur? Bu cür absurd şeyləri yazmağın nə mənası var, bunu başa düşmürəm.
Yazılır ki, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə. Mən bir dəfə burada demişəm, polis məni saxlayıb deyir ki, işarə verdim, saxlamadın. Deyirəm, işarə vermədin. Uzun söhbətdən, məni tanıyandan sonra, nəhayət, bildi ki, işarə verməyib. Adamı aparacaq müayinə etməyə, həm də deyəcək ki, boyun qaçırdı, hətta post patrul xidmətini də bura çağıracaq. Bunu müəyyən edən bir norma olmalıdır. Bu normaların heç biri qanunda nəzərdə tutulmayıb, hamısının yükü vətəndaşın üzərinə qoyulub.
Sonra, qeyd olunub ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə. “Əhalinin dincliyini nümayişkaranə şəkildə pozan” ifadəsi nədir, bu açıqlanmalıdır. İstənilən halda abstrakt bir şey olanda deyəcək ki, “nümayişkaranə şəkildə pozdun”. Savadsız vətəndaş, sürücü izah edə bilməyəcək ki, ay başına dönüm, mən nə etdim. O, protokolda yazacaq ki, pozub, ora da istədiyi bir şeyi əlavə edəcək. Açıq şəkildə yazılmalıdır ki, bu, siqnaldırmı, ya başqa bir şeydirmi? Bu “nümayişkaranə şəkildə pozmağın” adı nədir, bunu konkret yazmaq lazımdır.
Yaxud fahişəliklə məşğul olma. Milli Məclisdə fahişəlik haqqında qanun qəbul olunubmu ki, fahişəliklə məşğul olmağa görə 80 manatdan 100 manatadək miqdarda cərimə nəzərdə tutulur? Milli Məclisdə belə bir qanun qəbul olunmayıbsa, polis bulvarda oturan nişanlı adamları dəfələrlə biz bunun şahidi olmuşuq, bir-birini sevən, bir-biri ilə tanış olan adamları tutub polis bölməsinə aparırlar, ailəsini, özünü şantaj edirlər. Adam adının çəkilməsindən qorxur. Sən əvvəlcə fahişəlik haqqında bir qanun qəbul elə, sonra de ki, fahişəliklə məşğul olmağa görə bu maddə ilə cərimə olunursan. Bu yoxdursa, küçədə yanaşı gedən iki nəfəri tutub aparacaq ki, fahişəliklə məşğul olurlar. Bu adam valideynlərinin, doğmalarının, yaxınlarının yanında biabır olmamaqdan ötrü 80 manat nədir, polisə də rüşvət verəcək.
Mən hesab edirəm ki, bu tipli məsələlərin bu şəkildə qoyulması qeyri-ciddidir və əslində, məmurlara, ayrı-ayrı səlahiyy...