İctimai qınaq və İslam camiəsinin haqlı etirazları nəticəsində universitet rəhbərliyi özbaşına verilən qərardan geri addım atıb. Lakin yeni təhsil ilinin astanasında bu məsələ yenidən gündəmə gəlib. Belə ki, universitetə daxil olan hicablı tələbənin sənədləri universitet rəhbərliyi tərəfindən qəbul edilməyib. Səbəb kimi isə Azərbaycan Respublikasının Konstitusiyası və vətəndaşın konstitusiyon hüquqlarının pozulması ilə hazırlanmış universitetin daxili nizamnaməsidir. AzadXeber.az-ın İslamazeri-yə istinadən verdiyi məlumata görə, SDU-ya yeni qəbul olan tələbə Zeynəb Kərimova bu gün sənədlərini təqdim etmək üçün universitetə müraciət edib. Universitetin Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektoru Natiq Talıbov və universitetin hüquqşunası Əminə xanım tələbə və onun ailəsinə bildiriblər ki, hicabınızı açın, ondan sonra sənədlərinizi təqdim edin: "Bu universitetdə nəinki tələbələrin hicabla oxumasına icazə vermirik, hətta universitetin həyətinə belə hicabla daxil olmaq qadağandır". Onlar həmçinin bildiriblər ki, universitetə tələbələrin saqqalla da daxil olmasına icazə verilmir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев