Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Salam olsun sənə ey nəbi! Allahın rəhmət və bərəkəti sənə olsun! Bu sözlər ümmətinin hər namazda sənə ünvanladığı sözlərdir, ya rəsulullah! Bəs sən necə ümmətinin bu salamını alırmısan, onlara qarşılıq verirmisən ya rəsulullah? Yoxsa onları özündən bilmir, şəfaətə layiq görmürsən, ya rəsulullah? Bəlkə axirət günü bizim üzümüzə baxmayıb, bizimlə danışmayacaqsan ya rəsulullah? Kövsərin yanında bizə “Əmanətlərimlə, Quran və Əhli-beytlə necə davrandınız ?” deyə soracaqmısan, ya rəsulullah? Evimizdə oxunmamaqdan toz tutan Quran dil açıb şikayətlənəndə, bizə nə deyəcəksən ya rəsulullah? Bəs Əhli-beyt barəsində nə soracaqsan, ya rəsulullah? “Fatiməmi niyə üzdünüz, Həsənimə, Hüseynimə niyə zülm etdi