Qaraqan - H&M. Bütün hüquqları qorunur © 2015
Sözləri:
Nəqarət
Bizi ayırır iki fərqli okean - Atlantik və Sakit
iki fərqli sahil
Füyuzat - H.O.S.T, Molla Nəsrəddin - MadHouse
İki fərqli leybl ortasında eyni Sabir (Cavid)
Onun fərqli fikirləri
Qorxulu gəlir ona el arasında deyirlər "dəli"
Qarğalar deyil köçəri
Amma bir də gördün getdi, onda olmayasan şo-o-ok!
Onun kimi dəlilərin azadlığı qıcıqlandırır
kimləri ki, qolunda zəncir!
Yaxşı yadında saxla bizləri
Uşaqlıq xatirən, amma xatirə üçün nəsə ço-o-ox
Olur Qarğa artıq tarix, mikrofon mənə sadiq
10 il zirvəyə sahib!
"Bu nə özündən razılıq?
Belə deyildin!"
Amma sözün düzün demək hər bir repçiyə bo-o-orc
Danabaş kəndinə gəlir, Tiflisdən yeni jurnal,
Brooklyndən yeni solo!
Nəqədər tökürüy tər biz “Sabirlər”, “Cavidlər"
200 il yazırıq amma hələ xeyri yo-o-ox
Birinci dəfə H.O.S.T, ikinci dəfə MadHouse
Hər dəfə USA -ə gələndə partlayır Paris!
Atalar üçdən deyib görək sabah nə olur?
Göydən üç alma atmışam, amma tutan yo-o-ox
Hərə bir cürə burda dəli!
Adını necə qoysan eləcə də dənizdə üzəcəy gəmi
"İnqilab", "Sufilik", "Hip-Hop"
- nə işiniz var qutarın, gəlin bura
sizinçün darıxmışam ço-o-ox!
Nə qədər fərqli tərzi dənədi, kəsəri yoxdu nəzmin,
bəsdi sətrin hərf yığını - yox savad, yox təhsil!
Nə qədər yazdım illər ərzi, nə qədər tikdi dərzi!
Səbətə yoxdu etibar - tökülür gilas sanki po.. O-o-ou
Mənim içimdə yaşayır dəli və dahi
Say hesabı yox treklərin məxaric, MADdaxil
Mən sahil kənarından baxıram arxaya,
Nöqtə olacaq vergül
Show must go-o-on !