dünyaya
gəldim elə ki, Çıxdı rahatlığın
əlindən ana. Gecələr yatmayıb
laylamı dedin, Of sözü duymadım
dilindən ana. * * * Doqquz ay
bətnində bəslədin məni, Mən
sənə nə etdim bilmirəm ana. İndi
göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana. *
* * Uşaqkən qədrini bilmirdim
sənin, Öpməzdim ağarmış
telindən ana. İndi can üstəsən nə
mənası var, Yüz kərə öpsəm də
əlindən ana. * * * Qəlbinə
toxundum yenə can dedin, Bir
ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
* * * Yaxşı əməlinlə abidə
qurdun, Hər kəsin qəlbində
ucaldın ana. O qədər dərdimi,
cəfamı çəkdin, Gözümün önündə
qocaldın ana. * * * Ömrünü
caladın mənim ömrümə, Özünü
mən qədər sevmədin ana. Özün
öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin
ana. * * * Adın müqəddəsdir
adına qurban Bəzəmək nə lazım
naxışla ana. Əvəzin yox imiş gec
anlamışam, Haqqını halal et
bağışla ana
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев