Предыдущая публикация
enişi,yoxuşları
var,
Hər kəsin öz zövqu,baxışları var.
İnsanın pisi var ,yaxşıları var.
Axtar bu dünyada yaxşıları tap.
Bos yerə heç kimlə sən girmə
bəhsə,
Sirrini söyləmə hər namərd kəsə,
Mərd yıxar bağışlar,namərdlər
kəsər,
Axtar bu dünyada yaxşıları tap.
Əsl dost dar gündə tanına bilər,
Dərdə şərik olar,dərdini bölər,
O,sənin yolunda lap ölə bilər,
Axtar bu dünyada yaxşıları tap.
Bu dünya çəkməsin qoy səni
dara,
Qəlbinə dəyməsin nə dərd,nə
yara,
Pislərə toxunma,yaxşını ara,
Axtar bu dünyada yaxşıları tap.
Pisə pis deyiblər,yaxşıya yaxşı,
Pisdən pislik qalar,yaxşının naxşı,
Yaxşını qoruyar bir el alqışı,
Axtar bu dünyada yaxşıları tap.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев