Turançı= Bu gün DAHİ İNSAN,ÖLMƏZ LİDER,ƏVƏZOLUNMAZ ŞƏXSİYYƏT,
-------------- mənəvi BABAMIZ Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-ci ildönümüdür.
M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
Dahı İNSANI hər birimizin qəlbində yaşatmağa mənəvi borcumuzdur.Cismən aramızda olmasa da ruhən yaşayır və ƏBƏDİ olaraq yaşayacaqdır
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Bu gün Azərbaycan dövlətçilik tarixinin liderlərindən olan böyük Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümüdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu bütün dünya tarixində önəmli yeri olan şəxsiyyətlərdən biridir.
Lakin bu gün də Rəsulzadə ilə bağlı toxunulması vacib olan məsələlər- publisistik irsi, diplomatik fəaliyyəti, dövlətçilik dünyagörüşü, mühacirət fəaliyyəti, acı taleyi- çoxdur.
M.Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru Nəsiman Yaqublu açıqlamasında Rəsulzadə ilə ilgili görülməsi vacib olan faktorları sadalayıb:
“Birinci növbədə, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində gördüyü işlər, istiqlal uğrunda mübarizəsi təfərrüatı ilə ictimaiyyətə, gənc nəslə çatdırılmalıdır. Bu, çox önəmlidir və bunu daha çox qabartmalıyıq.
İkinci məsələ, onun ayrı-ayrı fərdlərlə əlaqələrinin necə formalaşmasını öy
...ЕщёBu gün Azərbaycan dövlətçilik tarixinin liderlərindən olan böyük Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümüdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu bütün dünya tarixində önəmli yeri olan şəxsiyyətlərdən biridir.
Lakin bu gün də Rəsulzadə ilə bağlı toxunulması vacib olan məsələlər- publisistik irsi, diplomatik fəaliyyəti, dövlətçilik dünyagörüşü, mühacirət fəaliyyəti, acı taleyi- çoxdur.
M.Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru Nəsiman Yaqublu açıqlamasında Rəsulzadə ilə ilgili görülməsi vacib olan faktorları sadalayıb:
“Birinci növbədə, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində gördüyü işlər, istiqlal uğrunda mübarizəsi təfərrüatı ilə ictimaiyyətə, gənc nəslə çatdırılmalıdır. Bu, çox önəmlidir və bunu daha çox qabartmalıyıq.
İkinci məsələ, onun ayrı-ayrı fərdlərlə əlaqələrinin necə formalaşmasını öyrənməkdir. Onun Polşa, Almaniya, Türkiyə, Rumıniya, Fransa və başqa dövlətlərlə şəxsi əlaqələr qurmasını və bundan Azərbaycanın dövlətçiliyinin lehinə istifadə etməsini yaşlı nəsil araşdırmaçıları bu gün də qoruyub saxlayır.
Üçüncü amil isə gənc nəslə qoyub getdiyi ədəbi-publisistik irsin düzgün təbliğidir. Gənc nəsil həmin əsərlərdən qidalansın və düzgün tərbiyə alması çox vacibdir. Dördüncüsü, Rəsulzadənin bütün əsərlərini toplayaraq, nəşr edib və gənc nəslə çatdırmalıyıq və bu çox gecikməməlidir”.
Araşdırmaçını düşündürən digər məsələ Rəsulzadənin ev muzeyinin olmamasıdır. O, hətta bununla bağlı təklif də verir:
“Mənə elə gəlir ki, Rəsulzadənin vaxtılə yaşadığı evdə ev muzeyi açılsa, daha yaxşı olar. Həmin ev indiki Mərkəzi Univermağın yanında, qabaqlar “Qasım İsmayılov-129 küçəsi” kimi adlanan ünvanda yerləşir. Oranı hazırda ev muzeyi etmək və Rəsulzadəyə aid olan nə varsa, ora cəmləmək lazımdır. Onun bütün sənədlərini, əşyalarını həmin muzeyə təhvil vermək lazımdır. Əgər bu baş verərsə, mən çoxlu sayda eksponatları ora təhvil verməyə hazıram”.
Sitatın sonu= sizcə niyə DAHİ İNSAN,ÖLMƏZ LİDER,ƏVƏZOLUNMAZ TARİXİ ŞƏXSİYYƏT M.Ə.RƏSULZADƏNİN abidəsini,heykəlini.şəkilini,ev muzeyini təşkil etmirlər burda siyasi qıcqancqiıllıq var yoxsa başqa səbəb var. Axı O İNSAN Azərbaycan üçün nə pislik edibdir yaxşı əməllərdən başqa ...