Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (sallallahualeyhi və səlləm) demişdir: «Uca Allah buyurdu:
«Qulum yaxşı bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirə bilmədikdə belə Mən onun üçün yaxşı bir əməl kimi yazaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin on mislini yazaram.
Həmçinin qulum pis bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirməkdən vaz keçərsə, Mən onu bağışlayaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin mislini yazaram». Allah Elçisi (sallallahualeyhi və səlləm) buyurdu:
«Mələklər dedilər: «ya Rəbbi! Bu qulun pis bir əməl etmək istəyir» - Allah qulunu mələklərdən daha yaxşı gördüyü halda buyurdu: «Qulumu gözləyin. Əgər onu yerinə yetirərsə, onun üçün əməlinin mislini yazın.
Əgər onu tərk edərsə, onun üçün yaxşı bir əməl kimi yazın. Çünki o, (pis əməlini) yalnız Mənə görə tərk etmişdir». Həmçinin Allah Elçisi saləllahu aleyhi və səlləm buyurdu:
«Hansı birinizin İslamı gözəl olarsa, Allahla görüşənə qədər etdiyi hər yaxşı əmələ görə ona on qatdan yeddi yüz qata qədər (savab) yazılar. Etdiyi hər pis əmələ görə də eynilə (bir günah) yazılar».
(Muslim 129 (185, 351, 352, 353).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев