Eşqin şərbətini içib gələrəm,
Susuz səhralardan keçib gələrəm,
Mən sevda yorğunu deyiləm gülüm!
Yığıb hisslərimi qanadı altda,
Ruhum pərvaz edir neçənci qatda,
Uzaq məsafələr acizdi hətta,
Mən sevda yorğunu deyiləm gülüm!
Şirindi bu sevdam şəkərdən, baldan,
Geri dönməyəcəm getdiyim yoldan,
Sanma ki, usanıb düşəcəm haldan,
Mən sevda yorğunu deyiləm gülüm!
Çoxda öyünməsin qoy hicran, həsrət,
Vüsal ehtişamla gələcək əlbət,
Gözümdə min ümid, dizimdə taqət,
Mən sevda yorğunu deyiləm gülüm!
Məkirli hiylələr eşqi bitirməz,
Çünki pak duyğular ləkə götürməz,
Məni saf amalım təngə gətirməz,
Mən sevda yorğunu deyiləm gülüm!
Bu qədər.Nə deyim.Mən elə buyam,
Çatlamış torpağa can verən suyam,
Qovuşmaq uğruna gəzən yolçuyam,
Mən sevda yorğunu deyiləm gülüm!
Sən ki, tanıyırsan, bilirsən məni,
Səni yarı yolda qoyaram yənii??
Sevmişəm, sevirəm, sevəcəm səni,
Mən sevda yorğunu deyiləm gülüm!!
Ramin Əhmədoğlu..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев