Sən üçün zikr eləyir dilim Allah bu gecə
Çox günah eyləmişəm, yox ümidim də mənim
Məni əfv eylə ginən bilim Allah bu gecə
Səni tərk eyləyərək yaşamaqdan nə çıxar
Nəfsi qətl eyləyərək ölüm Allah bu gecə
Gecədən sübhə qədər yeri hifz eylərsən
Külək ahəstə əsir ,həlim Allah bu gecə
Bu xəcil bəndəni sən geri qaytarma nolar
Ucalıb ərşə tərəf əlim Allah bu gecə
Açmisan rəhmətinin qapısın hər kəsə sən
Tələsən çoxdu, sənə gəlim Allah bu gexə
necə İbrahimi sən çixaribsan oddan
Elə sönsün alışan ,külüm Allah bu gecə
yerə enmiş mələyin yayılan nuruna bax
Yox olubdur nə qədər zülüm Allah bu gecə
agamin matəmidir qarə geymiş ürəyim
Necə mən şad olaraq, gülüm Allah bu gecə
Müəllif: Ümid Sadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев