Xərçəngdən. Ölümünə
bir ay qalmış artıq yemək yeyə bilmirdi. Son on
beş günü isə içdiyi su belə boğazından əzabla
keçirdi. Həkimlər oğullarına demişdilər ki, gündə
zorla da olsa, bir stəkan portağal şirəsi içirin.
Amma bu şirə ona əzab verirdi. Səkkiz uşağı, 20-
dən çox nəvəsi onun başına yığışmışdı. O özünü
bir azca yaxşı hiss edən kimi nənəmdən,
gəncliyindən, nənəmi necə sevdiyindən danışırdı:
- Mən onu görəndə 7-ci sinifdə oxuyurdu nənəniz.
Üzünün gözəlliyi ağ koynəyinə işıq salırdı.
Arxadan baxanda kürəyində altı hörüyü ilan kimi
qıvrılırdı.. O bu sözləri mənim ağlım kəsəndən,
bizə bəlkə də yüz dəfə
danışmışdı. Son gün atamgil yenə ona portağal
şirəsi içirmək istəyirdilər. Babam yalvardı ki, onu
məcbur eləməsinlər. Bu
vaxt nənəm otağa gəldi və ona dedi:
- Mən desəm də, içməzsən?
Babam gözlərini qaldırıb nənəmə baxdı:
- Sən desən, zəhər də olsa, içərəm.
O nənəmin uzatdığı portağal şirəsini içdi və
öldü...
Sevgililər gününüz mübarək..
©
Ziya Ata
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1