Tövhid, insan ruhunun qərari -məkini
Əxlaqi səciyyələr əldə etməklə özünü tərbiyə etmək, öz daxili istedadlarını qüvvədən felə yetişdirmək və insanlıq yolunu gedərək, nəhayət, insan sözünün həqiqi mənasına nail olmaq istəyən şəxs gərək qərari-məkində (möhkəm yerdə) özünü qərarlaşdırsın. Mütəal Allah insanın təbii həyatı barədə buyurur:
ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ
"Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə yerləşdirdik". ("Muminun" surəsi, ayə 13)
İnsanın təbii həyatı üçün möhkəm yer ana bətnidir. İnsan bu aləmə gəlməyə qabiliyyət tapmaq və bu aləmdə yaşaya bilmək üçün gərək öz cismi inkişafının mərhələsini ana bətnində keçirsin. İnsanın cismani inkişafının təkmilləşməsi üçün möhkəm yerə ehtiyacı olduğu kimi onun ruhani və insanlıq inkişafı üçün də qərari-məkin yəni, möhkəm yer olmalıdır ki, insanlığı formalaşsın və həqiqi mənada insan olsun.
Başqa sözlə, bütün insanlar bu aləmdə insanlıq və adamlıq nütfələridir. Daha insanlığın həqiqi mənasında deyillər və insanlıq onlarda feliyyətə çevrilməyib, lakin insan olmaq istedadı onlarda vardır. http://forooghetohid.com https://telegram.me/Ustadfurugi
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев