Əsgərli (Əsgərov) Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997).
Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970-1974).
Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976-1979). "N. Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olmuşdur (1979-2002). Hazırda orada baş elmi işçi vəzifəsində çalışır (2003-cü ildən).
Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur.
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının nəzəri məsələləri və poetika problemlərinə dair məqalələrin, N. Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi" (1998) monoqrafiyasının və dərsliklərin müəllifidir. "Klassiki yenidən tədqiq edərkən", "Mirzə Cəlilə layiq" məqalələri C. Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən kitablara həsr olunmuşdur. Doktorluq dissertasiyasında C. Məmmədquluzadənin "Kamança" pyesindən geniş bəhs etmiş, əsərin poetika-struktur keyfıyyətlərini təhlil edib yüksək dəyərləndirmişdir.
Elmi fəaliyyətlə yanaşı ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur.
Əsərləri
1. N. Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
2. Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 s. (şərikli).
3. Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 s.
4.Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 s.
5.Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 s.
6.Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 s. (şərikli).
7.Mirzəşəfi Vazeh. Bakı: Elm, 2010. 8.XX əsr Azərbaycan poeziyası (Tərtib, müqəddimə, qeydlər). Bakı, 2005
Filmoqrafiya
1.Sübhün səfiri (film, 2012)
2.Kəminə (film, 2018)
https://az.wikipedia.org/wiki/F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov https://az.wikipedia.org/wiki/F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov#/media/File:F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov.jpg Fəxrəddin Təhməzov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4