Bu, nisbətən dolu bədənli, orta boylu, yaşı otuzu adlamış, say, sarı, çiyinlərinə qədər tökülən saçını burub yığan, bədəninə kip oturmuş dəri köynəyinin yaxası iki düymə açıq olan, sinəsi nisbətən qabarıq, sinəsindən daha iri həcmli yanları olan, cins şalvar geyinmiş xanım idi. Nədənsə o gün Rəssam onu klassik Avropa geyimində görməyi daha çox istərdi. Çünki xanımın incə, ala gözləri, iri, ətli dodaqları və qarşısındakına olduqca mehriban görünən gülümsəməsi onu haradasa on doqquzuncu əsrin kübar fransız xanımlarına bənzədirdi. Və ilk tanışlıq, xanımın boş bir masaya oturub təzə qırmızı şərab sifarişi verməsiylə başladı.
O gün onlar təsadüfi görüş nəticəsində tanış oldular və gecədən xeyli keçənə qədər söhbətləşdilər. Nədəndir bilinməz, amma Rəssamın o xanıma qanı yaman qaynamışdı. Kafedəki bütün müştərilər və işçilər getdikdən sonra belə Rəssam o xanımla xeyli vaxt keçirdi. Hətta oturub qarşılıqlı şərab da içdilər... (davamı saytda)
"Xəyalımdakı o..." (hekayə) https://sayt.biz/hekaye/2974-xeyalimdaki-o-hekaye.html
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев