bu sətirləri oxuyan şəxsə Səndən
xahiş etdiyi hər şeyi əta et! Bunu ona
tam şəkildə ver, çünki yalnız Sən bu
cür əta etməyə qadirsən! Və qoy o
həyatının bütün günlərində, və əgər mümkün olmazsa, heç olmasa
müəyyən həddə xoşbəxt olsun. Ona
möhkəm can sağlığı və yaxınlarının
məhəbbətini, onlar tərəfindən
anlayışla qarşılanmaq və mərhəmət
hissi qismət et… Elə et ki, onun qəlbi bütün mövcudiyyətə yalnız
məhəbbətlə alovlansın. Onu
təhqiredici sözlərdən, haqsızlıqlardan
və paxıllıqlardan, müharibə və
ölümlərdən, cismani və ruhi ağrılardan
hifz et. Hətta bütün bunlar qaçılmaz olsa belə, o zaman da onu tərk etmə,
ona təsəlli ver. Ona yer üzərində
qiymətli, əziz olan hər şeyi onun üçün
hifz et. Əgər bu barədə xahiş etmək
gecdirsə, onu hafizəsindən məhrum
etmə … Bu duanı hal-hazırda oxuyan şəxsin Sənə inanıb inanmadığı mənə
məlum deyil. Hətta əgər inanmırsa
belə: ona yardım et! Qoy o yalnız
olmadığını, lazımlı insan olduğunu və
sevildiyini hiss etsin... Mənim
mərhəmətli və rəhmli Allahım! Mənim bu arzumu yerinə yetir! Elə
yerinə yetir ki, gözlərimi yummazdan
öncə: “Sənə Şükürlər olsun, Allahım!
Sən dualarımı eşidirsən...” deyə bilim!
AMIN!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4