Mühəndisi (2008), Texnika
elmləri namizədi (2000),
Radio Televiziya Yayımı və
Peyk Rabitəsi İstehsalat
Birliyinin texniki direktoru. Həyatı Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunun “Avtomatika və hesablama
texnikası” fakültəsinin
“Sənaye elektronikası”
ixtisasına qəbul olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama
texnikası” fakültəsinin
“Sənaye elektronikası”
ixtisasını fərqlənmə diplomu
ilə bitirib. Fakültə elmi
şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-
mühəndis kimi işə
başlamışdır. 1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk
rabitəsi” sexində böyük
el.mexanik vəzifəsində işə
başlamışdır. 1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində
calışıb. 1998-ci ildən Peyk və
radioteleviziya yayımı
müəssisəsinin Baş mühəndisi
vəzifəsində calışıb. 1999-ci
ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb. 2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi
vəzifəsinə təyin olunmuş və
hal-hazırda bu vəzifədə
çalışır. 12.04.2006-cı ildə Teleradio
İB-nin Texniki direktoru
vəzifəsinə təyin
olunmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Texniki
Universitetinin aspiranturasında təhsil alıb. 2000-ci ildə “Texnika elmləri
namizədi” alimlik dərəcəsi
almışdır. Rus, türk və İngilis dillərini sərbəst bilir. Ailəlidir. İki övladı var.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев