Həzrət Ömərin (r.a.) bir çox ləqəbi olmuşdur. Ən məşhur ləbəqi “Əmirəl-möminin”dir. Həzrət Ömər belə bir ləqəblə adlandırılan ilk səhabədir. Onun bu cür adlandırılması ilə bağlı fərqli fikirlər vardır. Birincisi, Həzrət Ömər xəlifəliyə keçəndə ona “xilafətu-xilafəti Rəsulullah” deyə müraciət edilmiş, o da: “Onda məndən sonra xəlifə olanlar da “xilafətü-xilafəti-xilafəti Rəsulullah” adlandırılacaq” deyib bunun doğru olmadığını bildirmiş, ardınca da: “Siz möminlərsiniz, mən də sizin əmirinizəm,” – buyurmuşdur. Ancaq yenə də bir müddət əvvəlki ləqəbi ilə müraciət edilmişdir. Həzrət Ömər də yazışmalarında öz adını “xilafətu-xəlifətu-Rəsulullah” şəklində yazmışdır. Bir dəfə İraq valisinə[1] məktub yazaraq validən orada olan Addiy ibn Hətəmi və Ləbid ibn Rabiəni yanına göndərməsini əmr edir. Bu iki səhabə də Mədinəyə gəlir. Məsciddə olan Amr ibn əl-Asdan Əmirəl-Möminlə görüşmək üçün vasitəçi olmağı xahiş edirlər. Amrın bu cür müraciətdən xoşu gəlir və Həzrət Ömərin hüzuruna çıxanda “Əs-salamu əleykum, ey Əmirəl-möminin” – deyir. Həzrət Ömər o gündən etibarən bu ünvanla tanınır.[2]
Həzrət Ömərin digər ləqəbi olan “Ğalaqul-fitnə” (fitnə kilidi) isə şəxsən Alah Rəsulu (s.a.s.) tərəfindən verilmişdi. Rəsulullah bir hədisində: “Həzrət Ömər fitnənin kilididir, nə qədər, aranızda yaşayır, fitnə qapısı bağlı olacaq” – deyə buyurmuşdur.[3]
Həzrət Ömərin ən məşhur ləqəblərindən biri də “Faruq”dur. İslam tarixində bu ləqəblə tanınan yeganə səhabə Həzrət Ömərdir. Ancaq bu ləqəbin ona kim tərəfindən və nə üçün verilməsi ilə bağlı müxtəlif rəvayətlər vardır.
Belə ki, Allah haqla batili Həzrət Ömər vasitəsilə bir-birindən ayırdığı üçün, Rəsululah (s.a.s.) da onun “Faruq” olduğunu demişdir. Həzrət Aişə (r.a.) də bir suala cavab verərkən Həzrət Ömərə “Faruq” ləqəbinin Peyğəmbər (s.a.s.) tərəfindən qoyulduğunu dilə gətirmişdir.[4] Bəzi mənbələrdə isə “Faruq” ləqəbinin verilməsi belə izah edilir:
Həzrət Ömər müsəlman olduqdan sonra Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Əgər yolumuz haqdırsa, dinimizi gizli yaşamağa ehtiyac yoxdur” deyir və müsəlmanları Kəbəyə getməyə çağırır. Bundan sonra, iki dəstə şəklində, – birinin önündə Həzrət Həmzə, digərinin önündə isə Həzrət Ömər – Peyğəmbəri əhatələrinə alaraq, Kəbəyə gedirlər. Həmin hadisədən sonra Allah Rəsulu (s.a.s.) Hz. Ömərə haqq ilə batili bir-birindən ayırdığına görə “Faruq” ləqəbini verir.[5]
Həzrət Ömərin bir ləqəbi də “mehrabda şəhid olan” mənasına gələn “Şəhidül-mehrab”dır. Çünki mehrabda olarkən xəncərlənmiş və bu hadisədən sonra da vəfat etmişdir.
[1] Xilafət dövründə əyalətlərin-valiliklərin başçısı
[2] Əbu Hilal əl-Əsgəri, Əvavil, tədqiqatçı Məhəmməd əl-Misri və d., Dəməşq 1975, I, 222-223; Fuad Salih, Evavil, s. 288; Fuad Salih, elkab, səh. 43.
[3] Fuad Salih, Elkab , səh. 234.
[4] Fuad Salih, Elkab , səh. 240.
[5] M.Fayda, “Faruk”, DİA., İstanbul 1995, XII, 176. Bu ləqəbin Həzrət Əliyə verilməsi barədə də məlumatlar var.
kulubina.Ve aslih zatə beynina, uehdina sübüle's- salam, ue neccina mine'z-ZULÜMATI ilən-nur, və cennibne'l-fevâhiş ma Zahara minha və ma batane.Ve barik lenafi esma'ına ue ebsarina ue kulubina ue ezuacina və zü rriyyatina.Ve Tüb 'aleyna innəkə ente't-tevvabü'r-rahim.
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1