Nəsə, Səfəvilər, Şirvan, Anadolu və bir çox şeylərdən danışdıq. Albaniyadan vurub ilk Cümhuriyyətdən çıxmışdı.
Mən də altdan-altdan bunu çətinə salmağa çalışırdım. Zənnimcə, bunu anlamırdıda. Uzun sözün qısası, buna axırda razı sala bildim ki, bizim "tarix" kitabları yalan toplusudur. Razı salmaq da yox, etiraf etdirdim deyək. Nəsə, axırda bundan soruşdum ki, niyə bəs belə yazırsınız? Qayıtdı mənə: "Bizim də tariximiz olmalıdır ya yox? Deyirlər belə yaz, yazıram"- tərzində cavab verdi. Əvvəlcə hər cürə hoqqabazlıq edib məni bu kitablar doğrudur deyə inandırmağa çalış, sonra isə belə de. Lap bizim Qarabağ tərəf demişkən: "Görsən, girəmmədiyin kolduuuu, burcudursan həyləmi?!". Yaşından başından utan, ə.
Uşaq vaxtı bizə həmişə "ermənilərin tarixi yoxdur, özlərindən tarix uydururlar" deyərdilər. Böyüdük və gördük ki, uşaq vaxtımızın ermənisi elə özümüz idik. Məsələ burasındadır ki, tariximi həqiqətən var. Lakin, bu danışılmır və gerçəklər yazılmır. Ağlı başında olan, özünə hörmət edən niyə özünü farslara yamamağa çalışsın axı?! Babək bizim tariximiz olmaya-olmaya niyə özümüzü ona yamayırıq, lakin Afşin bizdən olmağına rəğmən onu bizə düşmən kimi göstərirlər?
Öz dövlətimiz Ağqoyunlu qalıb bir qıraqda, lakin öz dövlətimizi dağıdan Fars İmperiyasına, yəni Səfəvilərə, sarılmışıq "tariximizmiş" kimi. Bəli, siz elə bilirsiniz ki, Səfəvilər bizim olub. Lakin, bu heç də belə deyil. Andrew J. Newman özünün "Səfəvi İranı: Fars İmperiyasının Yenidən Doğuşu" kitabında Səfəviləri xırdalayır. Məsələ bu deyil. Məsələ budur ki, adam haqqlıdır: Səfəvilər bir Fars İmperiyası olub. Dövlət dilindən tut, mədəniyyətinə. Zərrəsinə qədər İran dövləti olub.
Səfəvilər Azərbaycanı yox, Sassanilərdən sonra ilk dəfə İranı Fars idarəsi altında birləşdirib. Səfəvilər Azərbaycanı birləşdirməyib, Azərbaycanı İrana qatıblar. Sadəcə, Fars İmperiyası biz Türkləri öz dövlətinin ordusunda işlədib. Savaşlardan sonra isə bir kənara atıbdır.
Uzun sözün qısası, "tarixim" deyib sarıldığın bilgilər, düşmənlərimizin tarixidir. Ki, bizi elə hala salıblar ki, cəlladımıza aşiq durumdayıq.
Yazdı: V. Bakhshalizada
http://ru.talysh.org/news/xbon/vlasti-svecii-odobrili-talysskoe-nacionalnoe-dvizenie
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев