"
Əhli-sünnənin məşhur mənbələrindən sayılan Əllamə Cəlaləddin Siyutinin "Əd-Durrul-mənsur" kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:
"Biz Peygəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyi gördük. Rəsukallah (s) buyurdu :
"Bəyyinə sürəsi 7 ayəإِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır."O və onun şiələri Qiyamıt günü nicat tapacaqlar."
Bu məqamda "İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh";
"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır." ayəsi nazil oldu"Istinad:"Əd-Durrul-mənsur",("Əd-Durrul-mənsur fit-təfsir bil-məsur"Əllamə Cəlaləddin Siyuti, c: 6, səh: 379(Beyyinə sürəsi 7 ayə)
Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri "Şəvahidut-tənzil" kitabında Peygəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir.O cümlədən,İbn Abbasdan belə nəql olunur:
"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır!" ayəsi nazil olanda, Peygəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu: "YA Əli! Onlar sən və şiələrindir " istinad: "Şəvahidut-tənzil" səh: 359.
Bu hədis əhli-sennə alimi Şahabuddin Əhməd Heysəmi Məkkənin (İbn Həcər) "Əs-Səvaiq" və Seyyid Mömin Məhəmməd Şəbləncinin "Nurul-əbsar" kimi mötəbət kitabinda da qeyd olunmuşdur.İstinad: "Əs-Səvaiq" (Əs-Səvaiqul-muhriqə),Şahabuddin Əhməd Heysəmi Məkki (İbn Həcər), səh: 96; "Nurul-əbsar",
Seyid Mömin Şəblənci,səh: 70- və 110. Bu hədisin raviləri və onu nəql edən kitablar barəsində əlavə məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq" kitabının 3-cü cildinin 287-ci və 14-cü cildinin 258-ci səhifələrinə müraciət etsinlər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 13