MiRaN
Bölüm 12
Zərifə-Miran, bir şey deməyəcəksən?
Anama küt-küt baxaraq bu elçi düşənin kim olduğunu aydınlaşdırmağa çalışırdım. Anamgilin qəribə hallarının cavabı artıq mənə məlum olmuşdu.
Miran-Bu Ömərgil deyil yox?
Zərifə-Onlardır. Bil...
Miran-YoX! -deyib üzümü çevirərək pəncərəyə yaxınlaşmışdım.
Zərifə-Qızım, nədir axı sənin dərdin? Heç kimə yaxınlıq vermirsən. Bütün elçilərə də rədd cavabı vermisən. Bu gün sabah 24 yaşın olacaq.
Miran-Anacan, istəmirəm. Mənə heç kim lazım deyil. Bəyəm sizə yük oluram?
Zərifə-Balam, niyə elə düşünürsən? Biz sənin xoşbəxt olmağını istəyirik. Ailə insana lazımdır. Nə qəfər vaxta kimi subay qalacaqsan?
Miran-Ana, mənə sizdən başqa heç kim lazım deyil. Ərə getməyi isə ümumiyyətlə istəmirəm. Xahiş edirəm bir də belə söhbətlər açmayın.
Zərifə-Qızım, mən bilmirəm. O atan o da sən. Qalmışam elə ikinizin arasında.
Miran-Ana istəmirəm. İSTƏMİRƏM. Başa düşmək belə çətindir?
Zərifə-Miran, bir düşün qızım. Yaxşı ailədirlər. Üstəlik də...
Miran-Üstəlik də mən ailə istəmirəm!!!
Zərifə-Mən artıq sənlə bacarmıram.
Deyərək otaqdan çıxmışdı anam. İstəmirəm!!! Bunu başa düşmək belə çətindir? Hələ Ömərə heç istəmirəm. Artıq göz yaşlarım yanaqlarım boyu cığır açmışdı. Dizlərimi qucaqlayıb yataqda oturmuşdum ki atam qapını döyərək içəri keçdi.
Səfər-Miran yəgin anan sənə danışıb.
Sakitcə başımı yellədim.
Səfər-Qızım, mən sənin xoşbəxt olmağını istəyirəm. Artıq böyük qızsan. Sənin bizə olan xahişini yerinı yetirdik. Ancaq indi də sən bizim sözümüzü
yerə salma. Süleymangilə razılıq cavabı veriləcək.
Miran-Axı ata...Mən
Səfər-Bu mövzu burdaca bağlandı.
Deyərək atam otaqdan çıxmış mən isə...Mən isə qəhərdən boğulurdum. Heç kimə baş əyməmişdim indiyə qədər. Keçmişdə elədiyim bir səhvə görə... Nifrət edirdim hər kəsə. Hamıya. Məni başa düşməyən hamıya. Atamı qınamırdım. Əvvəlcədən mənə sözünü demişdi. Ancaq belə...Atamın başınl aşağı edə bilməzdim. Göz yaşları içində yuxuya getmişdim. Elə yatmışdım ki bir də səhərə ayılmışdım. Atam səhər tezdən işə görə çıxmış, Samir onsuz da işləyirdi. Evdə nənə ilə mama qalmışdıq. Mama başıma ayağıma keçir bacardıqca kefimi qaldırmağa çalışırdı.Eyni ilə nənəm kimi...Hardasa saat 11-12 olardı zəng gəldi. Anamın danışığından qarşı tərəfdəkinin Nərgiz xala olduğu aydınlaşdı. Bir az danışdıqdan sonra sağollaşdılar. Anam mənə tərəf gələrək
Zərifə-Qızım, Ömər görüşmək istəyir.
Nə deyəydim? Onsuz da nə desəm mənasızdır. Sakitcə başımı yellədim. Anam isə mənə narahat gözlərlə baxaraq
Zərifə-Saat 1-ə hazır olarsan.
Bilirdi ki ikinci kəlmə sözə dayana bilməyib partlayacam. Otağıma qalxıb göz yaşlarıma boğulmuşdum. Hər şey mənə mənasız gəlirdi. Uzun müddət oturduqdan sonra qalxıb özümə geyim seçmişdim. Sarı qısa don. Saçım onsuz da düz idi. Açıq qoyub kosmetikadan da istifadə etməmiş hazrlığımı tamamlamışdım. Aşağı enəndə anam mənı söz demək istəsə də nənəm onu saxlamışdı. Telefonuma gələn zənglə artıq üzümə zəhrimar ifadə yapışdırıb aşağı enmişdim. Ömər yaxın gəlırık ön qapını açmış, arxa daha rahatdır deyərək arxaya keçmişdim. Yol boyu sakitlik hökm sürürdü.
...Məkana çatmışdıq artıq. Hər ikimiz sakit oturub yeməyimizlə qurdalanırdıq. Ömərin qəribə baxışlarını üzərimdə hiss etsəm də fikir vermirdim. Bu insan məndə sonsuz qıcıq oyadırdı. Nəhayətində dözməyib
Miran-Ömər,mən sənə ailəmə görə razılıq verdim. Atamın sözündən keçə bilməzdim. Bu qərarım sənə olan böyük məhəbbətimdən deyil. Mən nə qədər qarşı çıxmağa çalışsam da olmadı. Xahiş edirəm sən poz bu sözü.
Nə qədər də öz-özümə söz vermiş olsam da ki artıq hərəkət etmiyəcəm axı bu insanla necə həyat keçirəcəkdim? Bəlkə Ömərə danışsam məni anlayar, əl çəkər deyə düşündüklərimi ona deməyə qərar verdim. Gəl gör ki heç də düzgün qərar verməmişdim. Bu sözümdən sonra Ömərin üzündə qəribə vecsizlik, kinayə ifadəsi sezdim. Mən kimlə ailə quracaqdım belə...
MiRaN
Final
Ömər-Miran, səni gördüyümdən bəri ağlımdan ata bilmirəm. Sən heç mənim bu 2 ayı necə dözdüyüm haqqında zərrə qədər də olsun bir fikrin var? Səni ölsəm də ayrılmağa qoymaram.
Ömərin sözləri elə bil beynimə işləyirdi.
Miran-Mənim əvvəllər münasibətim olub.
Birnəfəsə deyib gözlərimi yummuşdum. Ondan sərt reaksiya gözləsəm də
Ömər-Miran, təsəvvür edirsən ki mən bunu bilirəm?
Məndən əvvəl nə olubsa hamısı cəhənnəmə. Mənə sən lazımsan. Mən səni tanıyıram.
Miran-Heç nə eşitmək istəmirsən?
Ömər-Ehtiyac yoxdur.
Bu söhbətdən sonra yeməyimizə sakit davam edirdik. Bütün bunları hardan bilirdi axı?
...Biz 2-3 gün ərzində Bakıya qayıtmış, nişan hazırlıqlarım başlamışdı. Nişan rayonda keçrilmişdi. Əmməli başlı səs küyə səbəb olmuş nişan...
Samirgilin toyundan 3 həftə sonra isə bizimki baş tutmuşdu. İndi sizə nə düşündüklərim maraqlıdır. Nişana qədər az qala bir-birimizə öyrəşə bilməyəcəyik deyə içim-içimi yeyirdi. Ancaq bizdə alınmışdı. Bu gün isə toyumuz idi. Salonun ortasında əyləşərək Ömərgili gözləyirdim. Budur. Ömər əlində gül buketi ilə daxil olur. Xeyir-dualar verildikdən sonra restorana yollanırıq. Toyumuz olduqda yüksək səviyyədə baş tutmuşdu. Ömər 1 dəqiqə də olsun əlimi buraxmırdı. Rəqsimiz Samirgilin nişanında olan mahnı "Na svoem bedu" altında baş tutmuşdu. Artıq evə gedirdik. Həyəcanlımıydım? Çox. Ömər də bumu əmməli başlı hias etmiş olmalıydı ki əlini əlimdən çəkmirdi. Daxil olub evi gəzdirdi sonda
Ömər-(saçını qarışdıraraq) bu da otağımız. Soldaki vanna otağ ıdır. İstəyirsən...
Artıq qıp qırmızı olmuşdum. Sakitcə
Miran-Aydındır. Donumun arxasını...
Ömər -Hə əlbəttə.
Donumun arxasını açaraq otaqdan yox olmuşdu. Duş qəbul edib artıq güzgü qarşısında saçımı qurudurdum. Əynimdə bir tək hamam xalatı vardı. Ömər otağa keçib arxamda dayanmışdı. Gözümə uzun uzadı baxdıqdan sonra boynuma öpüş qondurmuş məni qucaqlayaraq yatağa doğru aparmışdı. Sonrasını deməsəm də anlayarsız. Səhər gözlərimi açanda Ömərin baxışlarl ilə rastlaşdım.
Ömər-Necə bu qədər gözəl ola bilirsən? Sənə heyranam.
Deyərək növbəti səfər dodağıma yumulmuşdu. Axşamı Nərgiz xalagil də gəlmiş bir ailə kimi yeməyə oturmuşduq. Sabah Moskvaya qayıdacaqdıq.
...Evliliyimizdən 8 ay ötür. Bu gün hamilə olduğumu öyrəndim. 2 aylıq idi.Nərgiz xala ilk xəbərdar olmuş qadln sevincindən uçurdu. Mən də xoşbəxt hiss edirdim. Nə qədər Ömərlə sevməyib ailə qursamda ounmənə münasibəti məni yaxşıya doğru düzətmişdi. Axşama yaxın qaynatamgil də işdən gəlmiş bir yemək yeyib dərhal otağımıza qalxmışdıq.
Ömər-Miran sənə nə olub? Bu gün gözümə nə isə qərjbə dəyirsən?
Yanına-yatağa əyləşərək əlini qarnıma yaxınlaşdırmışdım.
Miran-Ömər, hamiləyəm.
5-10 saniyə şok vəziyyətibdən sora özünı gəlmiş dodağıma yumulmuşdu.
Ömər-Miran, bir bilsən məni necə xoşbəxt etdin. Mələyim.
Ömərin necə xoşbəxt olduğu gözlərindən oxunurdu. Mən də azı onun qədər xoşbəxt idim.
Hamiləlik müddətində Öməri az qalsın dəli etmişdim. O isə sağ olsun hər sözümü səbrlı dinləyir. Bacardığı qədər səbr göstərirdi. Bir gün gecə...
Miran-Ömər, Ömər qalx ağrım var.
Ömər-Hmm...
Miran-Ömərrr
Necə qışqırmışdımsa dik atılmışdı. Tez tələsik məni xəstəxanaya çatdırmış, elə həmin gün də uşaqlarımı qucağıma almışdım. Bəli. Uşaqlarımı...İki əkiz oğlan. Həsənlə Hüseyn.
Ömər isə...Sevincindən uçurdu desəm az olardı. Mənə yaxınlaşıb Hüseyni qucağına alaraq
Ömər-Miran, sən məni dünyanın ən xoşbəxt kişisi etdin...
05.07.2015
Xoşbəxtəm. Öməri sevirəm. Bəli. Sevirəm. O və oğlanlarım mənim ən dəyərli varlıqlarımdır. Ömər bir sözümü iki etmir. Məni xoşbəxt etməyi bacarır. Işləri ilə əlaqədar artıq Peterburqda yaşayırıq. İndi bir şeyə sevinirəm. Yaxşı ki atama qarşı çıxmadım. Yaxşı ki Ömər mənə uyub sözü pozmadı.
Qızlar, Allah hər birinizi sizi sevən xoşbəxt edən biri ilə qarşılaşdırması ümüdü ilə...Xoşbəxt olaq.
Son.
Yazar:S.V
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1