Bölüm 9
...Zəngi sonlandırmışdım. Ömərin bu elədiyini heç də doğru hesab etmirdim.Düzdür, bir az kobudluq etmişdim. Ancaq mənim keçmişim...
Başımı çevirərək işığı söndürdüm. Günün yorğunluğu mənə hadisələri normal analiz etməyə imkan vermirdi.
...Gözümü açanda saat 11 idi. Mən nə qədər yatmışdım belə.Normal rejimim pozulmuşdu.Son dərəcə əsəbi olmuşdum. Yeriyə bilməmək, tərpənə bilməmək mənim səbrimi tarım çəkmişdi, ancaq bu gündən yavaş-yavaş hərəkət eləməyə başlıyacaqdım. Bu qədər tənbəllik yetər. Qapının açılması ilə düşüncələrimdən ayrıldım.
Miran-Gəl atacan
Səfər-Qızım? Oyanmısan? Bu gün necə hiss edirsən özünü?
Miran-Yaxşıyam ata. Narahat olma. Sadecə yeriyə bilməmək məni bir az qıcıqlandırır. O da ki, bu gündən artıq hərəkət etmək istəyirəm.
...Belə-belə söhbətimizi sonlandırmışdıq. Səhər yeməyimi yeyib aşağı-qonaq otağına enmişdim (təbii ki, kiminsə köməkliyi ilə). Başımı qatmağa çalışır, gah kitab oxuyur, gah internetdə qurdalanırdım. Ara-bir qohum qardaş gəlir, halımla maraqlanırdı. Beləcə günlər keçirdi. Halımla əlaqdəar Baklya qayıtmaq da müvəqqəti təxirə salınmışdı. Ancaq yavaş-yavaş irəliləmə hiss olunurdu halımda.
...Artıq iyun ayının ortasına gəlib çatmışdıq. Demək olar ki, yeriyirdim normal. Evdə də istirahət barədə müzakirələr olurdu. Axşam yeməyində
Səfər-Deyirəm bəlkə 2-3 həftəlik Moskvaya gedək. Samirin yanına həm Süleyman da yaman təkid edir.Miran da yeriyə bilir artıq.
Sara-Nə deyim oğlum sən bilən işdir.
Səfər-Zərifə?
Zərifə-Yaxşı olar. Həm Mi ranın da başı qarışar.
Səfər-Onda biletləri sifariş edim, gedək.
Mən isə söhbətdən uzaq özümü ögey qız kimi hiss edirdim. Süleymangil kim idi? Atamın əhatəsini müəyyən qədər tanısam da bu ad mənə tanış gəlməmişdi.
...Ayın 18-i. Moskva.Hava limanı.Artıq gəlib çatmışdıq Samir son dəqiqədə gələ bilməyəcəyini, Ömərin gəlcəyini bildirmişdi.
Ömər-Salam, xoş gəlmisiniz.
Səfər-Salam oğlum. Üzürlü hesab et sənə də bura qədər əziyyət verdik.
Ömər-Əstəğfürullah Səfər əmi elə deməyin. Xoşdu.
Belə belə söhbətlərlə artıq evə doğru yol almışdıq. Ara bir gözünü üzərimdə hiss edib sıxılırdım, ancaq qərar vermişdim ki özümü heç nə olmamış kimi aparım. Yol boyu şəhər məni valeh etmişdi.
...Gəlib çatmışdıq evdə bizi Samir qarşılamışdı. Ömər isə qalxıb bir az otrub getmişdi. Yol yorğunu olduğum üçün gələn kimi də mənim üçün ayrılmış otağa keçib istirahət etmişdim. Sanah üçün güc toplamalıydım. Yoxsa kim Samirin başını aparardı ki ora gedək, bura gedək?
...Səhəri diri gözlərlə açmışdım.Samirin başını xarab eləmişdim ki gedək gəzək. Səhər yeməyimizi yeyənfən sonra tez-tələsik Samiri evdən çıxarmışdım. Mamagil də köhnə tanışları ziyarət edəcəkdilər. Gəzib gəzib nəhayət yormuşduq.Birtəhər sürünərək restorana daxil olmuşduq ki, qapıdan Ömər göründü. Aydındır, burdakı 3 həftə müddətində tez-tez qarşılaşacağıq.
...Yeməyə başlamışdıq. Samirlə Ömər dil boğaza qoymur, arada mən də onlara qoşulurdum. Yadıma 1 ay qabaqkı mərcimiz düşmüşdü. Gözlərimi qaldıranda Ömərin gözləri ilə qarşılaşdım. Tez özümüzü yığ ışdırdıq. Bu vaxt Samirə zəng gəldi.
Samir-Aha bəli. Bəli şəhərdəyəm. Hansı sənəd? Aydındır. Çatdıracam. -zəngi sonlandırmışdı.
Samir-Miran, siz yeməyə davam edin. Mənim təcili işim çıxdı. Ömər, Miranı yəqin...
Ömər-Əlbəttə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев