Bölüm 6
Hardasa uzun müddət Ömər məni qucağından buraxmamışdı. Daha sonra alnımı öpərək gözlərini gözümə zillədi.
Miran-İndi nə?
Ömər-Mənim sevgilim olarsan?
Düzü bu etirafı qətiyyən gözləmirdim. Nə qədər mənə müəyyən hisslər bəslədiyini desə də bu etirafı gözləmirdim.Davam elədi...
Ömər-Miran, mən sənə bu dəqiqə mənə cavab ver demirəm düşün, hər qərarında daim arxanda olacam.
Miran-Bəlkə mən sənin ümumiyyətlə həyatımda olmağını istəmirəm?
Ömər-(özündənrazı ifadə ilə)
Vallah Miranım, sən bunu mənə hardasa 1 gün qabaq desəydin, inanardım. Ancaq indi...Boş danışırsan əzizim.
Miran-Onu kim deyir "Əzizim" (Öməri yamsılıyaraq)
O isə əlini yanağıma yaxınlaşdırıb
Ömər-Gözlərin...Gecədən qara gözlərin...
Miran-Ömər əl çək! Mən sənin heç bir şeyin olmayacam. Nə sevgilin nə düşmənin...Əl çək! Get hətta!
Ömər-Miran artıq hiss edirəm yuxusuzluq sənə pis təsir edir. Olmayacaq xəyallar qurur,.göstərişlər verirsən. (Alnını alnıma dayayıb)Balaca xanım, yatırsan artıq sən. Mən də...
Miran-Sən isə mən olduğum ərzidən mümkün qədər uzaqlaşırsan.
Ömər-Yox gözəlim, düz tapmadın.(Barmaqları ilə burnumu sıxaraq) mən isə sənin yanındakı divanda yatıram.
Ağzımı açıb etirazımı bildirmək istəyirdim ki
Ömər-Narahat olma əzizim başa düşdüm. Narahat olsa.yerim gələcəm sənin yanına.
Miran-Sən xəstəsən? Ya manyaksan? Hər şey bir kənara bizi birgə görsələr heç düşünürsən nə ola bilər? Ömər-Heç nə deyim nə ola bilər? Papagil sizə elçilik edəcəklər. Təbii ki ayaq açmağından sonra Allah göstərməsin şirinçayı dağıdıb eliyərsən...
Miran-İstəmək sərbəstdi! İndi isə əzizim, ÇIX BAYIRA!!!
Ömər-(ciddi sifət alaraq) Nə isə lazım olsa yan otaqdayam. Sənə bu günlük bu qədər əsəb bəsdir.( göz vuraraq)
Qapıdan çıxırdı ki gic ağlına nə gəldisə qayıdıb əlimdən telefonu qapdı və nə isə qurdalanıb qaytardı
Ömər-Nömrəmi də yaddaşa saldım.
Göz süzdürüb əlimi yenidən qulaqlıqlara atırdım ki...
Ömər-Çıxar o zibili də qulağından. Hətta mən niyə sənin yekəbaş hərəkətlərinə baxıram ki?
Əlini atıb qulaqcıqları götürdü.
Miran-Ay insan nə edirsən axı?
Yaxınlaşıb alnımı öpməyi ilə qapının yaxınlığında görünməyi bir oldu.
Ömər-Mən qulaqcıqları alıram, və mənim Miranım yuxuya gedir. (Havadan öpüş yolluyaraq) Gecən xeyrə mənim ağıllı balam.
Deməyi ilə toz olmuşdu...Deyəcək bütün sözlərim, axıdacağım zəhərlərim içimdə qalmışdı...Hər şey tez cərəyan etmişdi. İki-üç gün nə idi ki? Ancaq Ömərin bu hərəkətləri...Yuxuya getməyə çalışdım...
...Gözümü açanda qarşımdakı gülləri gördüm. Elə bil mənə yenidən həyat vedilər. Güllər qədər sevdiyim ikinci bir şey yox idi. Ayağa qalxıb götürmək istəyirdim ki əlimə, düşdüyüm vəziyyət mənə bir daha necə olduğumu xatırlatdı. Tibb bacısını çağırmaq istəyirdim ki qapı açıldı.
Ömər-Sabahın xeyir
Miran-Xeyir bunun harasındadı? Mənim vəziyyətim ya...
Ömər-Mənim burda-sənin yanında olmağım.
Miran-Aha əminəm elədir əzizim. Sən niyə bu qədər yapışqansan axı? Get də çıx get! Kimimsən mənim? Niyə yanımdasan? Əl çək də ay insan! Mənə yaxınlaşıb əlimi ovcuna aldı nə isə demək istəyirdiki açılan qapı...
Yazar: S.V
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев