Bölüm 2
-Aaa salam Firuzə xala necəsiz? ( bezgin ifadə ilə...bu günə görüşdüyüm 100-cü xala olmalıdır)
F-Salam qızım salam necə böyümüsən?Gözəlləşmisən (Təbii ki gəlinbacım bu söhbətdən kənarda qala bilməzdi axı)
S-Hə Firuzə sənə deyirdim axı qızımız böyük qız olub artıq.
F-Görürəm Sariyya görürəm. Maşallah maşallah Allah bəxtini gözəl etsin.
M-Sağ olun -deyib aradan çıxmağa çalışırdım ki...Ay Miran hara? Sariyya dostu qoyar heç? Hələ mama da gəlib bir yanımda oturub Firuzə xala ilə söhbətə başlamışdı.Sıxıntıdan partlamaq dərəcəsinə çatmışdım.Mən ağız burnumu əyir mama isə hər iki dəqiqədən bir mənə göz qaş edirdi ki yığışdırım özümü. Bezdirici dəqiqələr keçmək bilmirdi hər gələn xala üzümü 5 dəfə öpür bütün həyatımı sorğu sual edir başıma oyun açırdı.Gəlinbacıma isə elə bil ləzzət edirdi bütün oğlu olan xalaları başıma yığıb, başda da özü oturub o ki var mənə təəriflər yağdırırdı.
M-Allahımm!! Bunları yaşayacaq nə etdim axı mən??
E-Mm...burnuma bəzi qoxular gəlirrr...Deyəsən Samirdən sonra səni yola salasıyıq hə Miran??
Bu Samirin qardaşı digər əmim oğlu Emil idi.
M-Emil qurban olasan burdaki qonaqlara yoxsa sənin cavabını verməyi bilirəm mən.Salamsız kəlamsız!! -deyib əsəblə gözlərimi çəkmişdim.
E-Ay səni balaca dovşan həmişəki xasiyyətindən heç nə verməmisən-deyib qucaqliyaraq məni "Dəhşətli xalalar"ın içindən çıxartdı
E-Miran sən o dovşan canın bu xalalar sənin nəyinə belə gözəl deyirlər anlamıram.
...Xm xm bu arada qəhramanlığımın əvəzini istəyərəm!
M-(bic-bic baxaraq)İstəyərsən həə?? Qəhrəmanlığının qarşılığını həm də.
Emil isə gülümsəyərək başını təsdiq mənasında yelləyirdi.
M-Axx əzizim ayıb olar))Əlbəttə...
E-Mənə bax cücə!!! Neçə dəfə demişəm eləmə-deyərək əlimi başımdan çəkməyə çalışırdı.Dalaşa dalaşa hovuzun yanına gəlib çıxmışdıq.Bizi ayırmaq mümkündürmü??
20 dəq sonra...
Nəhayət sakitləşib oturmuşduq Emil Gürcüstandakı işlərindən mən isə Bakıdan söhbətimizi davam etdirirdik. Artıq axşam düşmüşdü Samirgildə gəlmişdi. Samir özü Moskvada yaşadığından dostlarını nişana dəvət etmişdi dostlarıda gəlmişkən gəzək deyib bir həftə ərzində bir çox bölgələrimizi gəzmiş, mən isə özümü gəzintinin sonuna çatdırmışdım.Samiri də gic eləmişdim ki mən bəs??
Ordan burdan söhbətdən nəhayət gecə saat 3 də evin yolunu tapmışdıq.
M-Ahhh evim güzəl evimm
S-Cann balama qurban yaman yorulduğun görünür elə
M-Hə nənə leşim çıxıb səhər 9 un yarısından küçələrdəyəm
S-Qalx qalx yerimizi açaq yataq
M-Nənə atam nə vaxta qayıdar bəs?
Z-İşinə görə "..." çağırıblar yəgin o da Nəriman kimi nişana çatar
M-Aha anladım)Gözəl xanımlar sizə doyum olmaz ancaq çox yorğunamm mən getdim.-deyə hər ikisini öpərək yerimə uzanmışdım
M-Axx nə yaxşı hələki 2-3 gün cəza yoxdur))) Hələ yaxşıdır ki mamagilin də xəbəri yoxdur. Bu fikirlərlə gecəni başa vurmuşdum.
Səhər Samirgilin gəzintiləri qoşulacaqdım.
M-Axx zibilə qalsın!! Hanı axı bu telefon!!Aha budur.Bəli?
E-Qız bircə demə ki yatırsan?
M-Sənin də sabahın xeyir nolub?
E-Unutmusansa heç nə!
M-Mmm bir dəqiqə...yox..o da yox...Aaaaa
E-Aaaa (məni yamsılayaraq)
M-Emil Vallah yarım saata ordayam ((
E-Dünən Samiri gic eləmişdin ki mən də gedim.
M-Gir içəri 10 dəq hazıram.
E-Mən bilirəm elə sənin o 10 dəqiqəni!
20 dəq sonra...
M-Gəldimmm))))
Saatına artist artist baxaraq
E-Tam tamına 20 dəqiqə
M-....
E-Doşan noldu? Dilini canavar apardı??
Üz gözümü turşudaraq
M-Gedək!!
Yarım saatlıq dava-dalaş dolu yoldan sonra nəhayət gəlib gözəl bir yerə çıxmışdıq.
E-Hə çatmışıq .Oldu həll edirəm indi.Neçə nəfər dedin? Hə. Oldu.
Samir nişanlısı Leylanı da həmçinim dəvət etmişdi-deyə Emil məlumat verdi.
Nəhayət gəlib çatmışdılar.Səhər yeməyimizi yeyib ətrafı gəzməyə çıxmışdıq.Şəkil çəkdirmək eyni zamanda çəkmək dəlisi olduğumdan Samirlə Leylanı olmadı Emil ilə şəkillər çəkirdim.Yazıqlar əlimdən bezmişdilər.Hətta artıq Leyla da dilə gəlmişdi.Gəzə-gəzə gəlib bir çayın kənarında oturmuşduq. Bu vaxt Samirə gələn telefon zəngi. ..
S-Qardaşım dünəndən telefonun bağlıdır.Zəng vururuq cavab yox.Olmaz da belə.Hə ? Necə? Necə? Harda? Tanıyıram həll edəcəm ordan uzaqlaşma.
E-Nolub?
S-Ömərdi deyir yolu itirmişəm "..." çatmışam ətrafda heç kim yox set tutmur. Gecəni birtəhər keçirib ki bizi narahat etməsin.İndi deyir bəs tanımıram buraları yolu necə tapım.
E-Nəə?? Gecəni də elə keçirib?
S-Hə bura yaxındı uşaqlardan birini göndər gedib gətirsin.
E-Ok!
10 dəq sonra Samirlə Emil uzaqlaşmışdılar.Leyla ilə mən qalmışdıq biz də ətrafı bir az gəzərək artıq nahar etməyi planlaşdırırdıq...
Besedka oturub sifariş etdiyimiz yeməkləri gözləyirdik.Bir az da ordan-burdan söhbətləşirdik.
L-Miran? Necə gedir?
M-Heç necə Leli nə olsun? deyib davam etmək istəyirdim ki Samirgilin
gəldiklərini anlayıb susdum.
Danışıqlarını anlamağa çalışırdım ki 3-cü səs.
Yazar: S.V
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев