Bölüm 1
Mm...bu yox, bu da yox...elə bu da...
Musiqiləri dəyişərək bir yerdə qərar tuta bilmirdim təklikdə yol necə də maraqsız və darıxdırıcıdır...Radiyonu söndürüb qarışan əsəblərimi sakitləşdirməyə başqa yollar axtarırdım...
Bu gün səhərdən bütün bəxtsizliklər məni tapırdı. Bakıdan əmim oğlunun nişan mərasimi ilə əlaqədar doğma şəhərimizə qayıdırdım.Atam üç gün əvvəldən mənim üçün bilet sifariş etsə də axı bu ki mənəm mən təyyarəyə də gecikmiş, nəhayətində əlacsız qalıb avtomobildən istifədə etməli olmuşdum.
Sizə bir az özümdən danışım- mən Miran 21 yaşım var "...." şəhərində anadan olmuşam. 1.70 boyum var qara qaş qara göz uzun kipriklərə sahibəm.Uzun saçlarım isə...
Atamın işləri ilə əlaqədar bir neçə şəhər gəzsək də nəhayət ali təhsilimlə əlaqədar Bakıda qərar tutmuşduq.Ailənin tək qızıyam özümdən 1 yaş kiçik qardaşım var Amerikada təhsil alır. Atam-Səfər ölkədə sayılıb seçilən insanlardandir anam-Zərifə bağça müdirəsi.Nənəm isə gözümüzün işığı evimizin qızıldan dirəyi.
Bu düşüncələr arasında...Budur nəhayət ki şəhərə yaxınlaşırdım.
Aha bu da "....." kəndi, deməli burdan da bir az irəli və ...və Budur!!! Artıq buralar tanışdır. Yox Miran heç də hər şey düşündüyün qədər çətin deyilmiş bax.
...Bakı-"...." magistralında yüksək sürətlə hərəkət edən Hyundai...Budur növbəti hərəkət və ətrafa yayılan əyləc səsi...
"Allahım! Allahım hər şey bu qədərmi çətin olmalıdır?" Təkrarlayaraq az qalırdım başımı sükana çırpam.Bəli düz fikirləşdiniz az qalsın qəza olacaqdı. Ancaq hard Polisin gözləri qarşısında.
Maşından enərək az qalsın mənim "Hyundai"-mi metal tullantısına çevirəcək "Div" sürücünün üstünə atıldım.(Baxmayaraq ki səhv məndədir. "Qara məni basınca mən qaranı basım" məsəli)
-Cənab...!!!Az qalsın sizin üzünüzdən mənim və Velosterimin həyatı təhlükə altına girəcəkdi.Heç mi diqqət etməz insan...!!!(səs küyə basaraq özümü haqqlı çıxarmağa çalışırdım)
Ö-( 2-3 saniyə üzümə ifadəsiz baxsıqdan sonra özünü ələ alıb) Xanım qız, xahiş edirəm səs tonunuzu aşağı salın!!! Bu bir! İkincisi burda səhv sizdə oldu bir güzgüyə baxın!!!Görürsüz ki maşın gəlir!!!Ama yoxx!! Nə danışırsız?? O güzgü ora qadınların bütün günü özlərinə baxmaları üçün qoyulub maşına niyə???-deyə deyinərək hətta "bağıraraq" artıq növbəti dəqiqədə maşının təkərlərinə cummuşdu...
Mən də səsimə basaraq özümü haqqlı çıxarmağa çalışırdım ki budur!!Əla!! Polis artıq bizə doğru gəlir...
Rəisi görərək elə bil başımızdan qaynar su axıtdılar daha da möhkəmdən bir birimizi didməyə başladıq.
P-Ey ey...Uşaqlar sakit olun!!İndi aydınlaşdırarıq.
O-Aydınlaşdırmaq ha?...Nə aydınlaşdırmaq???Hər şey göz qabağındadır!!!
M-Hey cavan oğlan!!!Mənim əsəbimin də bir həddi var!!!...
daha da danışmaq istəyirdim ki növbəti dəqiqədə telefonumun çaldığını eşitdim.Ekrana baxanda...Lap gözlərim parladı.Atacan inan bundan gözəl zamanlama ola bilməzdi...
-Alo? Atacan bilirəm bilirəm gecikirəm.Ancaq başıma gələnləri bir bilsən... Hər şeyi qısaca atama danışaraq telefonu polis əməkdaşına uzatdım.
Uzun uzadı söhbətdən sonra...Budur!!! Azadlıqq!!!
O an "Div" in gözündəki iafdəni heç vaxt unutmaram desəm...-Deee onun adı nədir öyrənim sevgi məktubu göndərimmm...
Budur yenə yoldayam sevdiyim mahnını qoşub son sürət irəliləyirəm.Nədənsə bu "qalibiyyət" mənim əhvalımın yaxşılaşmasına səbəb oldu.
...Ailəm rayona iki gün əvvəldən gəlsələr də mən ancaq özümü bu günə çatdırmışdım.Qardaşım da elə işləri ilə əlaqədar nişana gəlib çatacaqdı. Əvvəlcə yola tək çıxmağa çəkinsəm də nəhayət bu düşüncələr və sevimli musiqimin müşayəti ilə doğma şəhərimə gəlib çatdım artıq.
-Alo mam? Mam hardasiz? Axi? Bes men?? Mamu Vallah yorğunam axı (( Off off tamam tamam əsəbləşmə gəlirəm.Yox ehtiyac yoxdur.
Gec yola çıxdığımdan bir çox şeylə bərabər həm də istirahət hüququmu da itirmişdim. Məcbur artıq əmimgilə keçmişdim...Qucaqlaşmaq öpüşmək falan filan nəhayət hamı sakitləşmişdi.Ətrafda bizim cavanları görə bilmirdim (Guya cavan var idi ki hələ bir sizinki də olsun ay Miran) Gəlinbacım nə üçün ətrafa boylandığımı anlayıb Samirgilin şəhərə yaxın istirahət mərkəzlərindən birinə getdiklərini söylədi.
-Həə Miran qaldın mı təkcənə! Bax adama deyərlər səhər-səhər yola çıxacaqsan sənə lazımdı gecə saat 2-yə kimi kino ki səhər gecikirsən!!?? Axx hələ kef qabaqdaydı.Atam maşınla yola çıxdığımı öyrəndiyi andan artıq içində mənə verəcəyi cəzanı hazırlamış olmalıdır. Yolda az qalsın qəzaya düşməyim isə mənim bu günə olan bonusumdur.
Ətrafa boylanaraq anamı axtarırdım ki...Aha növbəti..
F-Ayyy Mirann bu sənsən??
Yazar:S.V
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2