Предыдущая публикация
Ömrümün baharı, yazı demişəm,
Dünyanın ən gözəl qızı demişəm;
Daha nə söyləyim bundan savayı?
Şeirimdə çiçəyə, gülə bənzədin,
Söylədim, əzizim, yoxdur bənzərin.
Bəxtimə nur saçır qara gözlərin;
Daha nə söyləyim bundan savayı?
Həyatda ən şirin nemət vüsaldı,
Sevgisiz ürək də, könül də laldı.
Canımı istəsən, sənə halaldı;
Daha nə söyləyim bundan savayı?
((A......)) öz eşqində daim mətindir,
Sənsizlik şairə bilki çətindir,
Mənə ilham verən məhəbbətindir,
Daha nə söyləyim bundan savayı?
🔥🅐🅩🅐🅝🅢🅔🅢🅘🔥
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2