Axirinci gecə keşiş yata bilmədi. Onun kamera yoldaşları artıq yuxu görürdülər. O, diz çöküb dua etməyə başladı: "Tanrim! Sabah mənə hökm oxunacaq. Mən qorxmuram. Çünki Qiyamət günü mənim haqqımda hansı hökmü verəcəyin məni maraqlandırır. Mən səni sevirəm və səni heç vaxt inkar etməyəcəyəm. Bəlkə də Sənin gözündə mənə haqq qazandıran yeganə şey budur. Sabah başıma gələcəklərdən qorxmuram. Səndən yalnız bir şey xahiş edirəm: cəzamı layiqincə qəbul etməyimə kömək et Isa Məsihin adi ilə. Amin". Ertəsi gün hakim hökmü oxudu. Məhkəmənin qərarı ilə Baran Ekot azadlığa buraxılmiş, ona böhtan atan tələbəsi Taqut İskariot isə həbs edilmiş və iki gün sonra istintaq təcridxanasında özünü asaraq intihar etmişdir.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 1