Kahin həbsdə olarkən onun Müqəddəs Ruhla dolu olan həvariləri bütün Azərbaycanda Tanrinin Kəlamını təbliğ edirdilər. Valehlə Kərim Naxçıvan Muxtar Respublikasına göndərildilər. Əli və Şahid Abşeron yarımadasında müjdəni yayirdılar. Arif və Rəhim isə Dağlıq Qarabağda insanları Tanriya çağırırdılar. Həvari Şahinə tapşırıldı ki, olduğu yerdə qalsın və heç yerə getməsin. Çünki kilsə və onun içindəki qadınlar nəzarətsiz qala bilməzdi. Amma Şahin kahinin əmrini pozaraq kilsəni və oradakı qadınları tərk edib bütün Şimali Azərbaycanda Bibliyani təbliğ etməyə başladı. Onun vaazlari həmişə dini radikalları qıcıqlandırırdi. Onlar onunla haqq-hesab çəkmək üçün fürsət axtarırdılar. Bir dəfə Quba rayonunun Zizikli kəndində növbəti vaazi zamanı Şahin pusquya düşərək mühasirəyə alındi. Qəzəbli fanatiklərin izdihamı ondan Məsihdən imtina etməyi və kəndi tərk etməyi tələb edirdi. Şahin imtina etdi və onlar onu daşqalaq etdilər. Həvari Şahin belə dünyasını dəyişdi.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 1
Şahin imtina etdi və onlar onu daşqalaq etdilər. Həvari Şahin belə dünyasını dəyişdi.