Növbəti məhkəmə iclası açılan kimi Deqtyarev yenidən kahinə hücum edib, yeni ittihamlar irəli sürdü. İndi isə o, Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə istinad edərək məhkəməni islamı təhqir etdiyinə görə Baran Ekotu cəzalandırmağa çağırıb. Şahid qismində Qusar kəndindən yaşlı qadın çağırılıb. O dedi: “Ərim xristianlığı qəbul etdi, amma uşaqlarımla mən daha ağıllı olduq. Bu kahin bizdə olarkən dəfələrlə İslamı “yalan dini” adlandırıb və bir dəfə həyasızcasına evimizdən Quran kitabını götürüb tulladi. O, bəyan etdi ki, bu Kitab bizim ailəmizdə olmamalıdır. Onun sözlərinə görə, Quran oxuyana ayıb olsun. Üçüncü şahid çıxışını bitirdi, lakin tribunada dayanmağa davam etdi. Vəkil ondan soruşdu: “Doğrudanmı kahin Quranı icazəsiz evinizdən götürüb, yoxsa ailə üzvlərinizdən biri buna razı olub?". Şahid cavab verdi: “Xeyr, o, bizim razılığımız olmadan Quranı həyasızlıqla götürdü”.
Vəkil şahidə daha sual verməyib və məhkəmədən öz şahidlərinin dəvət olunmasını istəyib. Onlar üç nəfər idi ki, onların arasında həvari Arif də var idi. Digər iki nəfər isə şahidin ailə üzvləri olub: ata və oğul. İlk söz deyən yaşlı kişi oldu: “Mən tamamilə könüllü olaraq xristianlığı qəbul etdim, amma eyni zamanda məscidə gedib Quran oxumağa davam edirdim. Kahin İslamı təhqir etmədi, sadəcə olaraq izah etdi ki, mən eyni anda iki deyil, bir dinə tabe olmalıyam. Bu düzgün deyil. O bildirib ki, müsəlman məscidə gedə bilər, xristian isə ancaq İncil oxumalıdır. Mən yalnız bir din, bir inanc seçməliyəm. Yoxsa çaşıb qalacam. Ona görə də kahin mənim razılığımla evimdən Quranı götürdü. Bunu indi yanımda duran oğlum da təsdiqləyə bilər”. Yaşlı kişi və oğlu nitqini bitirdikdən sonra əyləşdi və həvari Arif kürsüyə yaxınlaşaraq dedi: “Mən özüm də qati müsəlman idim, Ekot mənim yanımda müsəlmanları təhqir etsəydi, mən də onu vurardım. Amma mən ondan belə bir şey eşitməmişəm. Ona görə də ona hörmət e...ЕщёVəkil şahidə daha sual verməyib və məhkəmədən öz şahidlərinin dəvət olunmasını istəyib. Onlar üç nəfər idi ki, onların arasında həvari Arif də var idi. Digər iki nəfər isə şahidin ailə üzvləri olub: ata və oğul. İlk söz deyən yaşlı kişi oldu: “Mən tamamilə könüllü olaraq xristianlığı qəbul etdim, amma eyni zamanda məscidə gedib Quran oxumağa davam edirdim. Kahin İslamı təhqir etmədi, sadəcə olaraq izah etdi ki, mən eyni anda iki deyil, bir dinə tabe olmalıyam. Bu düzgün deyil. O bildirib ki, müsəlman məscidə gedə bilər, xristian isə ancaq İncil oxumalıdır. Mən yalnız bir din, bir inanc seçməliyəm. Yoxsa çaşıb qalacam. Ona görə də kahin mənim razılığımla evimdən Quranı götürdü. Bunu indi yanımda duran oğlum da təsdiqləyə bilər”. Yaşlı kişi və oğlu nitqini bitirdikdən sonra əyləşdi və həvari Arif kürsüyə yaxınlaşaraq dedi: “Mən özüm də qati müsəlman idim, Ekot mənim yanımda müsəlmanları təhqir etsəydi, mən də onu vurardım. Amma mən ondan belə bir şey eşitməmişəm. Ona görə də ona hörmət edirəm”. Arif skamyada əyləşdi və söz alan vəkil məsələni yekunlaşdırdı: “Deməli, Möhtərəm Hakim!Gördüyünüz kimi, üçüncü şahid yalan danışır.Onun sözlərini öz yaxınları təkzib edir. Müttəhim Quranı ələ salmirdi və müsəlmanları təhqir etmirdi O, yalnız Bibliyaniı təbliğ edirdi və xristianları yalnız bu Kitabı oxumağa çağırırdı. Konstitusiyanın 48.I - II maddəsi ona belə bir hüquq verir". Bunu deyib vəkil yerinə keçdi. Hakim toxmağı masaya çırparaq elan etdi: "Baran Ekotun üçüncü ittihamı götürülüb. Növbəti görüş sabah baş tutacaq”.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 2