1) İmâm Əbû əl-Həsən əl-Əşərî (râhîməhullâh)
İmâm Əbû əl-Həsən ‘Əli bin İsmayıl əl-Əşəri, Allâh ona rəhmət eləsin, Uca Allâhın səmada olması haqqında bəzi ayələri zikr etikdən sonra, «əl-İbənə» adlı məşhur kitabında belə deyir:
«Və bu ayələrin hamsı, Uca Allâhın səmada olmasına, və Ərşinə istiva etməsinə dəlalətdir.»
Mənbə: "əl-İbənə an Usuli əd-Diyənə", sə. 35.
İmâm əl-Əşərî başqa bir əsərində belə deyir:
«Uca Allâh, Qûrânda özü dediyi kimi Ərşîn üstündədir: "Rəhmân ərşə istiva etdi."»
Mənbə: "Məqalətu əl-İslamiyin", sə. 290.
2) İmâm Əbû əl-Həsən ət-Tâbərî (râhîməhullâh)
Hafîz Əbû Bəkr ‘Əhməd əl-Beyhəqî əl-Xorasanî, Allâh ona rəhmət eləsin, «Əl-Əsmâ və Sîfət» adlı kitabında onun sözlərini belə nəql etdi:
«Əbû əl-Həsən ‘Əlî bin Mûhəmməd bin Mehdî ət-Tâbərî dedi: "Uca Allâh səmadadır, hər şeyin üstündə, Ərşînə istiva edib, onun üstündədir"»
Mənbə: "Əl-Əsmâ və Sîfət", sə. 518.
3) İmâm Əbû Bəkr bin Fûrâk (râhîməhullâh)
İmâm Əbû Bəkr ‘Mûhəmməd bin Fûrâk əl-Əsbəhənî, bir şəxsin: «Allâh səmadadır» deməsinin caiz olduğu haqqında belə deyir:
«Bil ki, Allâh səmadadır deyən şəxsin bu sözünü inkar etmək olmaz, çünkü bu Qûrânda varid olub, və bu Allâhın sözüdür: «Göydə olandan əminsinizmi?», və bu ayənin mənası, Allâhın səmanın üstündə olduğu deməktir.»
Mənbə: "Müşkîl əl-Hədîs və Bəyânuhu", sə. 392.
https://archive.org/details/azzam_lessons_MP3/064_الحركة_المظلومة_للإخوان_المسلمين.mp3
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев