Bu gün Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür.
Ümid Partiyasının Rəyasət Heyəti və bütün ümidçilər bu münasibətlə partiya sədrini təbrik edib.
Ümidçilər İqbal Ağazadəni fərqli formada təbrik etdilər. Belə ki, ümidçilər şəxsi profil şəkillərini partiya sədrinin fotosu, Ümid Partiyası və Azərbaycan Respublikasının bayraqlarını özündə əks etdirən profil çərçivələri ilə bəzəyiblər:
Hörmətli İqbal bəy!
Sizi doğum gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş Qarabağ qazisi və Qarabağımızı, işğal altında olan torpaqlarımızı geri qaytarmaq uğrunda savaşan siyasi lidersiniz. Əminik ki, uğrunda canınızı qurban verməyi belə əsirgəmədiyiniz xalqımız sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək.
Bunu bizə sizin səmimi, realist düşüncə üzərində ardıcıl yürütdüyünüz fəaliyyətiniz deyir və biz əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız.
Cənab Sədr!
Sıralarında minlərlə insanı birləşdirən böyük Ümid ailəsi çağdaş, demokratik və azad, ərazi bütövlüyü təmin olunan Bütöv Azərbaycan uğrunda müqəddəs mücadilənizdə sizinlə birlikdədir.
Bir daha sizi doğum gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Ümid Partiyasının Mətbuat Xidməti umidparty.org
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1