ə.
234-cü ildə yaranmış bir bozqır dövlәti.
Etnik tərkibi
Əsas məqalə: Hunlar
Hunlar hal-hazırkı Monqolustan ərazisində
və Çinin şimali-qərbində həyatlarını davam
etdirirdilər. İlk bilinən hökmdarları Mete
şanyüdür. Çinlilər önünə keçə bilmədikləri
hunların hücumlarının qarşısını almaq
üçün "Böyük Çin Divarı" ( Çin Səddi)ni inşa
etmək məcburiyyətində qalmışlar. Bu tikili,
günümüzdə hələ də bir dünya möcüzəsi
olaraq qəbul edilməkdədir. Minq sülaləsi
dövründə də yenilənən böyük divarın bir
çox qismi sağlamlığı ilə günümüzdə hələ
ayaqda qalmaqdadır.
Qurulması
Bilinən ilk bozqır dövlətlərindən biridir.
Quruluşu haqqında tutarlı məlumatlar
yoxdur. Qəbilə olaraq e.ə. 220-ci ildə
Tuman tərəfindən qurulduğu qəbul edilir,
çünki daha öncəki qəbilə başçıları haqda
məlumat yoxdur. Tumandan sonra qəbilə
konfederasiyasını böyük bir
imperatorluğa çevirən Mete şanyüdür.
Köçəri bozqır tayfalarını toplayan Mete,
İpək yoluna hakim olmaq üçün Çin ilə
mübarizə aparmışdır. E.ə. 200-cü illərdə
Xan sülaləsinə qalib gəlmişdi. Mete Peteng
müharibəsində imperatoru pusquya saldı.
7 gün ac-susuz mühasirədə qalan
imperator məcbur olub sülh bağladı.
Sülhün şərtlərinə əsasən imperatorun qızı
həmişə hun imperatoru ilə evlənəcəkdi.
Mete xaqan bundan sonra Çini sakit
buraxsa da, hun tayfa başçıları hələ də
hücumlara davam edirdilər. Bundan sonra
qılınca əl atmadı. Çünki, ona baş əyməyən
bir xalq qalmamışdı. O, eramızdan əvvəl
174-cü ildə vəfat etdi. Onun səltənəti düz
üç yüz il-daxili qırğınlar ölkəni dağıdana
qədər yaşadı. Metenin, Çin'i torpaqlarına
birləşdirməyib, vergi almaq sürətiylə
idarəetmə səbəbi, Çin oturaq həyatı və
siyasi təsirindən uzaq durma olaraq izah
olunur.
Metedən sonra
Böyük Hun İmperatorluğunun ən geniş
sərhədləri, Sarı rəng: Günümüzdə
Türklərin yaşadığı yerlər
Metenin ölümündən sonra bir müddət
daha gücünü qoruyan dövlət, Çinli
şahzadələrlə evlənmə ənənəsi ilə Çinli
şahzadələrin cəsusluq fəaliyyətləri,
konfederasiya içindəki tayfalar arasındakı
iqtidar mübarizələri, Çinin İpək yolu
üzərində getdikcə siyasi nüfuzunu
artırması kimi səbəblərlə e.ə. 46-cı ildə
Hunlar Şərqi və Qərbi Hunlar adı ilə iki yerə
ayrıldılar. Huxanye əyanların dəstəyi ilə
üsyan qaldıraraq hakimiyyətə gəlmişdi.
Əvvəlki adı Tsihouşan idi. Eramızdan əvvəl
57-ci ildə Hun dövlətində 5 şanyü var idi
və hamısı hökmdarlığa iddialı idi. Çuki,
Hüge, Utzsi, Yuydi özünü şanyü elan
etmişdi. Bu şəxslərin hamısı Mete xaqanın
ayrı qadınlardan olan nəvələridi idi. Çuki
əvvəlcə Hüge, Utzsi və Yuydinin müttəfiq
ordularına qarşı vuruşmağa başladı və
məğlub olaraq qaçdı. Yuydi isə Huxanyeyə
tabe olduğunu bildirdi. Digər tərəfdən
general Li Linin oğlu Utszini şanyü elan
etdi. Utszi öldürüldükdən sonra
Huxanyenin yeni rəqibləri baş qaldırdı.
Sünsün adlı hun generalı bir şahzadəni II
Günçen şanyü adı ilə hökmdar elan etdi.
Daha qərbdə isə Huxanyenin qardaşı Çiçi
şanyü özünü hökmdar elan etdi. Çiçi və
Günçen ittifaqa girərək Huxanyeni məğlub
etdilər. Huxanye öz əyanları ilə qurultay
çağırdı amma əyanlar onun Çin vassallığını
qəbul etməsi fikrinə etiraz etdilər. Hun
generallarından biri İçjiçzı isə o dövrlərin
geridə qaldığını Çinin artıq güclü
olduğunu dedi. Huxanye onunla razılaşdı.
Huxanye Çinə yola düşdü. 147 ildən sonra
ilk dəfə idi ki, Çin imperatoru və şanyü
görüşürdü. İmperator ona ordu və ərzaq
verərək ölkəsinə göndərdi. Çiçi şanyü bu
arada öz dövlətini qurmağa hazırlaşırdı.
Talas döyüşündə Çin ordusu Çiçini məğlub
edərək başını kəsdi və üsyan yatırıldı.
Qərbi Hunlar, Çiçi idarəsi altında Talas'ın
qərbinə hakim oldular. Ağhunların və
Avropa Hunlarının qurulmasında əsas rol
oynadılar. Qərb Hunluları'nın başında olan
Çiçi'nin Çin'ə qarşı verdiyi mücadilədə qısa
bir müddət sonra uğursuz olduğu
görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə
mücadilədə qədim bozqır müharibə
taktikalarını bir kənara qoyaraq bir şəhər
qurub oranı qala halına gətirərək müdafiə
taktikasına üstünlük vermişdir. Bu onun
özünün birinci xətasıdır. Məğlubiyyətində
təsirli olan digər xəta isə əmri altında olan
əsgərlərə çox sərt davranmasıdır.
Şərqi Hunlar Huxanye idarəçiliyində
Talas'ın şərqində eramızın 48-ci ilinədək
hökm sürdülər. Hakimiyyət uğrunda
mübarizə nəticəsində, eramızın 48-ci ildə
Cənub və Şimal Hunları olmaqla ikiyə
ayrıldı. Şimal hunları Panu idarəçiliyində
Monqol və Sibir düzənlikləri çevrəsində
156-ci ilədək davam etdi. Cənub hunları II
Huxanye idarəçiliyində Uyğur hövzəsində
və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər
davam etdi. Şərqi Hunların şimal və cənub
olaraq ikiyə ayrılmasının səbəbi; II
Huxanyenin Panudan müstəqil olmaq
istədiyidir. [1]
Cənub hunlarının ən son hökmdarı
Huçuquan olmuşdur.
Başçıları
Qəbilə başçıları
Tuman - Eradan əvvəl 220—209
Şanyülər
Şanyü adı Şəx
si
adı
illər
Tuman — Eradan
əvvəl
220—
209
Mete xaqan — Eradan
əvvəl
209—
174
Laoşan Titz
u Eradan
əvvəl
174—
161
Günçen — Eradan
əvvəl
161—
126
İçiz — Eradan
əvvəl
126—
114
Uvey — Eradan
əvvəl
114—
105
Uşilu — Eradan
əvvəl
105—
102
Suylihu — Eradan
əvvəl
102—
101
Çudihu — Eradan
əvvəl
101—
96
Huluqu — Eradan
əvvəl 96
—85
Huyandi — Eradan
əvvəl 85
—68
Sülü Çiançü — Eradan
əvvəl
68-60
Tutsitan — Eradan
əvvəl
60-58
Huxanye — Eradan
əvvəl 58
—31
Fuculi — Eradan
əvvəl 31
—20
Souse — Eradan
əvvəl 20
—12
Çüyya — Eradan
əvvəl 12
—8
Uçjulyu — E.ə 8—
13
Syan — 13-18
Yü — 18-46
Udaydihu — 46
Panu — 46-52
II Huxanye — 48-55
Mo — 55-56
Xan — 56-59
Di — 59-63
Su — 63
Çjan — 63-85
Süan — 85-88
Tuntuhe — 88-93
Anqo — 93-94
Tunduşi — 94-98
Tan — 98-124
Ba — 124-
128
Süli — 128-
142
Duluçu — 143-
147
Çüçür — 147-
172
Tutejoşiçjuçz
yu — 172-
178 Xuç
jen — 178
-
179
Çyançü
(Qiyan
sülaləsi)
— 179-
188
Yufuluo
(Qiyan
sülaləsi)
— 188-
195
Huçuquan
(Qiyan
sülaləsi və
Luanti
sülaləsi)
— 195-
215
Dövlət idarəçiliyi
Hun dövləti başında olan şəxs "Tanhu" ya
da "Şanyü" olaraq çağırılırdı. Tanhu sözü
bir ünvan olaraq "sonsuz genişlik"
anlamına gəlməkdədir. Hökmdarlıqda
müqəddəslik anlayışı vardı. Hökmdarlığın
tanrıdan keçdiyi görüşü vardı. Ölkə, dini
adət hökmlərinə görə idarə olunurdu.
Şanyünun vəzifəsi, ölkədə dirliyi sağlamaq,
ədaləti gerçəkləştirmək, orduya rəhbərlik
etmək, məclisi idarə etmək olaraq sıralana
bilər. Vəliəhdlik sistemi ailə böyüklüyünə
görə idi. Əgər şanyü öldükdə oğlu yetkin
deyilsə taxta şanyünün qardaşı keçirdi. Bu
qayda Huxanye dövründə dəyişdi.
Şanyüdən sonra Sağ və Sol Müdrik
şahzadələr gəlirdi. Sol Müdrik şahzadə
əsasən bir sonrakı şanyü olurdu. [2]
Sonrakı pillədə Sağ və Sol Qulilər, Sağ və
Sol Dunqular, Sağ və Sol Kutular gəlirdi.
İmperiyanın qurulduğu ilk illərdə Şanyü
Şansinin şimalında otururdu. Sol Müdrik
şahzadə Pekinin şimalını, Sağ Müdrik
şahzadə isə Şərqi Türküstana qədər olan
ərazini idarə edirdi. Zəifləyəndən sonra isə
şanyü Orxon çayı sahilində, Sol Müdrik
şahzadə Kerulen sahilində, Sağ Müdrik
şahzadə isə Uliastay şəhərində yaşayırdı.
Ordu
Hun ordusu ödənişli deyildi. Hun
ordusunda qadın-kişi əsgər sayılır, hər an
savaşa hazır gözlənilirdi (ordu-millət
anlayışı). Hun ordusunun təməli atlı
əsgərlərə dayanırdı. Ordu tümen
sisteminə görə təşkilatlanmışdır (10.000
nəfər). İstifadə olunan silahlar: ox və yay
idi. Yaxın döyüşdə qılınc, qarğı işlənirdi.
Müharibə strategiyası; kəşfiyyat ve
yıpratma savaşları olarak iki yerə ayrılırdı.
Saxta geri çəkilmə və duran taktiki
gedişləri istifadə etdiyi Çin mənbələrindən
öyrənilməkdədir.
Hunların mənşəyi
Dilçilikdə ən böyük problemlərdən biri də
hunların mənşəyi və dili olmuşdur. 200
ildən bəri davam edən bu mübahisələrdə
E.H. Parker, Jan Pyer Abel-Remusat, Julius
Klaprot, Kurakiçi Şiratori, Qustav Ramstedt,
Annaamriya von Qabeyn və Omelyan
Pritsak kimi alimlər Hunların Türklərin
kökü olduğunu demişdilər.
Avropa hunları ilə əlaqə
Avropa hunları adlarının bənzərliyi,
arxeolojik qazıntılarda çıxan sübutlar
etibarilə Hunların davamçıları sayılırlar (匈 -
Honq). Bu fikri ilk dəfə Fransız tarixçi de
Guignes dilə gətirmişdir.
İranlılarla əlaqə
Əsas məqalə: İran dil qrupu
Harold Bailey 1985-ci ildə, Yanoş Harmatta
isə 1999-cu ildə Hunların İran dillərindən
birini danışdığını irəli sürmüşdü.
Yeniseylilərlə əlaqə
Əsas məqalə: Yenisey dilləri
Layoş Liqeti 1900-cü illərdə hunların
Yenisey dillərində danışdığını irəli sürdü.
1960-cı illərdə Edvin Pulleyblank,2000-ci
ildə isə Aleksandr Vrozin bu fikri dilə
gətirdi.
Monqollarla əlaqə
Paul Pelliot və Biambin Rinçen Hunların
tamamilə monqollardan ibarət olduğunu
irəli sürmüşdü. [3] Hun monqol dilində
"şəxs" mənasına gəlir. 2011-ci ildə isə
Monqolustan Böyük Hun İmperiyasının
qurulmasının 2220-ci ildönümünü qeyd
etmişdi.
Qarışıq mənşə
Bir çox alim Hunların tək bir millət
olmadığını, təkcə türklərin babalarından
ibarət olmadığını düşünürlər. [4]
Yazı sistemi
Yinşan və Helanşanda eramızdan əvvəl
9000-ci illərdən qalma qaya yazıları,
petroqliflər və rəsmlər qalmışdır.
Kurqanlarda tapılan arxeoloji qazıntılara
görə hunlar Orxon yazısına yaxın bir yazı
sistemi istifadə edirdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев