(bəyəndinsə qrupa qoşul)
Dilimizdə işlənən bəzi rus sözlərinin azərbaycanca tərcüməsi
skvazniyak - yelçəkən
lüstur - çil-çiraq
fortuçka - nəfəslik
kesirka - qeysəriyyə
Skorus - sürət
klizma - imalə
stol - miz
Padarka - hədiyyə
niujeli-doğrudan?
Butulka - şüşə
Pastayannı - həmişə
toşnu - eynən
Açki - eynək
razborka - araşdırma, ayırd etmə
marojna - dondurma
daska-lövhə
kraska(saç) - boya
zavtrık - səhər yeməyi
kamplekt - dəst
abed - nahar yeməyi
kabloklu - dikdaban
preriv - fasilə
jaronnik - tava
krısa-simic
spor - münaqişə
kafel - kaşı
Kulturnu - mədəni
Kluçatel – elektrik açarı
Toçka - obyekt
pudra - kirşan
yubka - ətək
çayvoy - çay pulu, bəxşiş
parixmaxer - dəllək
axot - həvəs
aboy - divar kağızı
umuvalnik - əlüzyuyan
atvyorka - vintaçan
pinset-maqqaş
qarşok - güvəc
nauşnik - qulaqcıq
remen - kəmər
rol - sükan
qastninsa - mehmanxana
bolt-şomu
uspet eləmədim - çatdırmadım
suxoy - quru
semiçka - tum
perlovka - bulğur
qayka-cıvarta
imenni- məhz
kalendar-təqvim
qubka - süngər
reqistrasiya - qeydiyyat
sırqa - tana
maçalka - lif
tyorka - sürtgəc
Divijeniya - hərəkət
Zubaçistka – dişqurdalayan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев