Предыдущая публикация
____________ ******** ____________
Baxıram güzgüdə özüm-özümə,
Dən düşüb saçıma, qırış üzümə.
Taleyim zülm edib qısa ömrümə,
Heç məhəl qoymayıb "barış" sözümə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Min kərə səbr edib, zülmünə dözdüm,
Talehin xətrinə qəlbimi üzdüm.
Ömür qədəhimə qəmini süzdüm,
İndi yad baxıram tanış üzümə...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Nə yaman hal imiş keçmişə baxmaq,
O keçən ömrünü bir də yaşamaq...
Geridə gənclikdir, öndə qocalmaq,
Qərq edir sel kimi bu yaş gözümə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"Ağlamaq eyibdir", deyir hər yetən...
Amma bir dön geri, bax, sən ey gülən!
Taleyin səninçün nə vermiş, görən,
Gülməyə üzün var? Danış üzümə!...
02.06.2013
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев