Respublikasının Cənub-Şərq və
İranın Gilan vilayətində yaşayırlar.
Talışlar özlərini “tolış”
adlandırırlar. Azərbaycan türkləri
onlara “Talış” deyirlər. Rus
ədəbiyyatında isə onlar “talışlar”
bəzən də “talışlılar” adlandırılmışdı
r. “Talış” sözünün mənası ilə bağlı
indiyədək çoxlu mülahizələr irəli
sürülmüşdür. Həmin mülahizələri
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. “Talış” sözü talış dilindəki
“tülüş” sözündən yaranıb, “palçıqlı
yerdə, bataqlıqda yaşayanlar”
deməkdir.
2. “Tol” sözündən yaranıb,
“düzənlikdə, hamar yerdə
yaşayanlar” deməkdir.
3. Yunan dilindəki “dəniz” mənası
verən “thalaşa” sözündən
yaranmışdır.
4. “Talış” sözü kadusi tayfa adının
dəyişikliyə məruz qalmış
formasıdır. Kadusi “dağlı”
deməkdir.
5. Ərəb dilindəki “talis” sözündən
yaranıb, “saf, təmiz, əxlaqlı,
səmimi adamlar” deməkdir.
6. Qədim fars dilindəki “tayalis”
sözündən yaranıb, “başlıqla
gəzənlər” deməkdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2